Accessibility links

Freedom House: Səfir Sekuta siyasi məhkəmələrdə iştirak etsin


Azərbaycanda siyasi məhbusların məhkəmələri ilə bağlı Freedom House bəyanat yayıb. Bəyanatda deyilir:

ABŞ səfiri Robert Sekuta
ABŞ səfiri Robert Sekuta

"Freedom House ABŞ və başqa millətləri öz səfirlərini və yüksək rütbəli rəsmilərini Azərbaycanda insan haqları müdafiəçilərinin məhkəmələrinə göndərməyə çağırır," deyə Freedom House-un prezidenti Mark P. Langon bildirib. “ABŞ səfiri Robert Sekuta və başqa ölkələrin səfirləri bu siyasi motivli prosedurlarda iştirak etməklə Azərbaycanda insan haqları müdafiəçilərinə güclü dəstək mesajı göndərə bilərlər. Biz habelə ABŞ və başqa hökumətləri bu məhkəmələri öz adları ilə çağırmalarına təkid edirik – bunlar Azərbaycanda fikir ayrılıqlarını susdurmaq və hökumətin korrupsiyasını ört-basdır etmək üçün düzənlənən qondarma və siyasi motivli cəhdlərdir. Siyasi məhbuslara qarşı ittihamlar geri götürülməli və siyasi məhbuslar dərhal buraxılmalıdır.”

ABŞ səfiri Robert Sekuta və başqa ölkələrin səfirləri bu siyasi motivli prosedurlarda iştirak etməklə Azərbaycanda insan haqları müdafiəçilərinə güclü dəstək mesajı göndərə bilərlər.

İyulun 21-də insan haqları vəkili İntiqam Əliyev, insan haqları fəalı Rəsul Cəfərov, və siyasi fəal Murad Ədilovun appelyasiya məhkəmələri keçirilib. AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın məhkəməsi iyulun 24-ə təyin edilib. Leyla və Aruf Yunusların məhkəməsi iyulun 27-ə müəyyən olunub. Azərbaycanda 80-dən çox siyasi məhbus var.

Azərbaycan Freedom House-un illik hesabatında “azad olmayan ölkə” sayılır və 1-7 ballıq şkalada 7 ən pis olmaqla 6.75 bal göstəriciyə malikdir.

Freedom House demokratik dəyişiklikləri dəstəkləyən, dünya boyu azadlıqların statusuna monitorluq edən, demokratiya və insan haqlarını müdafiə edən müstəqil ictimai nəzarət təşkilatıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG