Accessibility links

Parisdə iqlim sammiti [Video]


Ekspertlər deyir ki, 2050-ci ildə dünya əhalisinin dörddə üçü şəhərlərdə yaşaya bilər. O zamanadək iqlim dəyişikliyi planetimizi daha da isti bir yerə çevirmiş olacaq. Dekabr ayında keçirilən BMT iqlim konfransı istixana qazlarına qarşı mübarizədə iddialı bir razılıq əldə etmək məqsədi daşıyır. Lakin bir sıra yerli hökümətlər bu konfransı gözləməyiblər və artıq öz iqlim planlarını tərtib ediblər. Bunların sırasına Paris planı daxildir ki, biz buna böyük diqqət yönəltməliyik, çünki Parisdə iqlim sammiti keçiriləcək.

2011-ci ilin avqustunda Parisdə istilik dalğası minlərlə adamın ölümünə bais olmuşdu..

2011-ci ilin avqustunda Parisdə istilik dalğası minlərlə adamın ölümünə bais olmuşdu..

Yenə Parisdə isti bir gündür. Qərbi Avropada yay temperaturları çox yüksəkdir, Parisdə isə ən isti iyul günü qeydə alınıb.

Alimlər deyir ki, önümüzdəki illərdə hava daha da istiləşəcək. Hava şəraitində ekstremal dəyişikliklər baş verəcək. Bunun səbəbi isə iqlim dəyişikliyidir.

Paris merinin müavini Patrik Kluqman kimi şəhər rəsmiləri isə bunun qarşısını almağa çalışırlar.

O, Parisin və digər şəhərlərin iqlimlərinin dəyişdiyini deyir. Onun sğzlərinə görə bu şəhərlərin sakinləri daha öncə qar çovğunu, sel, öyrəşmədikləri digər hava şəraitləri ilə üzləşə biləcəkləri üçün bu cür havayla üzləşmək üçün hazırlıqlar edirlər.

Bir çox şəhərlər kimi Paris də istixana qazı emissiyalarını azaltmaq məqsədilə iqlimlə bağlı tədbir planı tərtib edir.

Kluqman deyir ki, şəhərlər həqiqətən də problem və həllin olduğu yerdir. Onun fikrincə hələ ki, şəhərlər problemin mərkəzi olub və emissiyalar, tullantılar, hava çirklənməsi və iqlimin məhvi burada baş verib.

İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə şəhər infrastrukturu dəyişir, yaşıl məhəllələr salınır, yeni nəqliyyat vasitələri gətirilir... və piyadalar üçün daha böyük ərazilər inşa edilir.

Bunlara həll yolu tapmaq istəyi isə Parisi böyük tikinti məkanına çevirib. Şəhər infrastrukturu dəyişir, yaşıl məhəllələr salınır, yeni nəqliyyat vasitələri gətirilir... və piyadalar üçün daha böyük ərazilər inşa edilir.

Şəhərin elektrik maşın və velosiped sxemi artıq inkişaf edib - növbəti hədəf elektrik motosikletlərdir. Velosiped paylaşma proqramı Paris sakini Lamin Kamara üçün şəhərdə gəzməyi asanlaşdırır... amma o, özünü ətraf mühit qoruyucusu hesab etmir.

Şarlot İzard şəhərə yaxın bir yerdə az emissiyalı binada işləyir. Ətraf mühit QHT-si “Climate Action Network”-un iqlim üzrə eskperti olan İzard Paris planının yaxşı olduğunu, lakin çox ləng həyata keçirildiyini düşünür.

Paris Avropanın ən qədim və gözəl şəhərlərindən biri sayılır.

Paris Avropanın ən qədim və gözəl şəhərlərindən biri sayılır.

“Onlar bundan da artığını edə bilərlər. Onların yaxşı məqsədləri və ambisiyaları var. Biz ümid edirik ki, bu məqsədlər əlçatan olacaq, amma onlara nail olmaq üçün hələ görüləsi çox iş var.”

Sürücülər isə Parisin çox sürətlə dəyişdiyini deyirlər. Maşın zolaqları qeyb olur. “40 milyon sürücü” adlanan qrup bu zolaqları açıq saxlamağa çalışır.

Temperatur kimi ritorika da qızışır. Buna baxmayaraq, rəy sorğuları əksər parislilərin şəhərin iqlim planını dəstəklədiklərini göstərir. Onlar razılaşır ki, indi tədbir görmək zamanıdır.

XS
SM
MD
LG