Accessibility links

Ukraynalılar müstəqilliyin 24-cü ildönümünü paradla qeyd ediblər


Minlərlə əsgər Ukrayna paytaxtında ölkə müstəqilliyinin 24-cü ildönümünün şərəfinə keçirilən paradda addımlayıb.

Hökumətin Rusiyanın dəstəklədiyi separatçılara qarşı apardığı hərbi kampaniyanın iştirakçıları seyrçilər tərəfindən hərarətlə qarşılanıb. Mülki vətəndaşların çoxu Ukraynanın milli rəngləri olan mavi və sarını cizgiləndirən paltarlar geyiblər.

Müstəqillik uğrunda müharibə davam edir və biz qələbəyə yalnız birgə müdafiə səyləri, diplomatik bacarıq, siyasi məsuliyyət və dəmir kimi intizamla nail ola bilərik.

Qərb üslubuna uyğun olaraq bu ilki paradda ağır hərbi texnika nümayiş etdirilməyib.

Kiyevdəki bayram tədbirləri ilə Krımda baş verənlər təzad təşkil edib.

Ukraynada İnsan Haqları adlanan təşkilatın yaydığı məlumata görə polis iki Ukraynapərəst fəalı 19-cu əsr şairi Taras Şevçenkonun məzarı üzrində gül qoyduqlarına görə həbs edib. Şevçenko Ukrayna milli ədəbiyyatının atası sayılır.

Bu ayın əvvəlində Krımda polis Vladimir Leninin heykəli yanında əllərində Ukrayna bayraqları ilə şəkil çəkdirdiklərinə görə iki fəalı həbs edib.

Kiyevdə çıxış edən Ukrayna prezidenti Petro Poroşenko bayram iştirakçılarını təmkin və qətiyyət göstərməyə çağırıb.

Ukrayna Prezidenti Petro Poroşenko hərbi bölmənin bayrağını əsgərə təqdim edir.

Ukrayna Prezidenti Petro Poroşenko hərbi bölmənin bayrağını əsgərə təqdim edir.

“Biz sanki zərif buz üzərində müstəqil Ukraynanın 25-ci ilini keçəcəyik,” deyə o, xəbərdarlıq edib. “Biz anlamalıyıq ki, hətta azacıq ehtiyatsız bir addım ölümcül ola bilər. Müstəqillik uğrunda müharibə davam edir və biz qələbəyə yalnız birgə müdafiə səyləri, diplomatik bacarıq, siyasi məsuliyyət və dəmir kimi intizamla nail ola bilərik.”

Ukrayna lideri bəyan edib ki, ölkə Rusiya təcavüzünə sinə gərmək üçün hərbi qüvvələrini genişləndirəcək. Onun sözlərinə görə 50,000 rus əsgəri hazırda Ukrayna-Rusiya sərhədinə yerləşdirlib, və əlavə 9,000 əsgər separatçıların nəzarət etdikləri bölgədə fəaliyyət göstərir.

2014-cü il aprelində Rusiyapərəst separatçıların başladıqları üsyandan bəri münaqişədə 8,000 adam həlak olub.

XS
SM
MD
LG