Accessibility links

Deyvid Kameron Britaniyanın Suriyada hücum keçirdiyini açıqlayıb


Britaniya hərbi hava qüvvələri Suriyada iki britaniyalı daxil olmaql İslam Dövləti qrupunun üç yaraqlısını qətlə yetirib. Bu haqda açıqlama verən Britaniyanın baş naziri Deyvid Kameron keçən ay ilk dəfə belə bir hücumun həyata keçirildiyini deyib.

Avqustun 21-i dron vasitəsilə həyata keçirilmiş hərbi hava hücumunu "özünü-müdafiə aktı" adlandıran Britaniya baş naziri "həmin şəxslərin Birləşmiş Krallığa qarşı silahlı hücum planlaşdırığı və hazırladığına aydın dəlil olduğunu" bildirib.

Deyvid Kameron parlament qarşısında çıxışında Reyyad Xan və ikinci Britaniya vətəndaşı daxil olmaqla başqa iki nəfər İslam Dövləti qrupunun de-fakto paytaxtı sayılan Raqqa şəhəri yaxınlığında maşında olduqları zaman öldürüldüyünü bildirib.

Britaniyanın İslam Dövləti qrupuna qarşı İraqda keçirilən hava hücumları kampaniyasında iştirakına və Suriyada kəşfiyyat məlumatları toplamaq üçün pilotsuz idarə edilən təyyarələrdən istifadə etməsinə baxmayaraq, Britaniya kral hərbi hava qüvvələri İŞİD yaraqlılarını avqust ayında hücuma qədər hədəf almayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG