Accessibility links

Ceyms Uorlik: Region sülhə hazırdır


james warlick
james warlick

“Mən inanıram ki, regionda insanlar sülhə hazırdırlar. Amma buna nail olmaq siyasi iradə tələb edir. Liderlər qərar verməlidirlər ki, sülhün vaxtı çatıb,” deyə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinin erməni xidməti ilə söhbətində bildirib.

Səfirin sözlərinə görə həmsədrlər danışıqlar yolu ilə davamlı sülhün əldə olunması istiqamətində işləyirlər. Belə bir sülh və onun gətirəcəyi firavanlığı insanlar sevinclə qarşılayardı. “Dinc anlaşma regionu dəyişəcək,” o bildirib.

Mən ATƏT Minsk Qrupunun həmsədri qismində vəzifəmə başlayanda, əsas təhlükə snayperlərdən qaynaqlanırdı. Amma indi taktikalar dəyişib. İndi biz həmlələrin şahidi oluruq. Minamyot və ağır silahlardan istifadə olunur.

Səfir Uorlik eyni zamanda atəşkəsə riayət etməyin vacibliyini vurğulayıb. “Atəşkəs olmadan danışıqlarda irəliləyiş əldə etmək qeyri-mümkündür” deyən vasitəçi hər iki tərəfi atəşkəsə əməl etməyə və mülki vətəndaşlar arasında itkilərin qarşısını almağa çağırıb.

“Mən ATƏT Minsk Qrupunun həmsədri qismində vəzifəmə başlayanda, əsas təhlükə snayperlərdən qaynaqlanırdı. Amma indi taktikalar dəyişib. İndi biz həmlələrin şahidi oluruq. Minamyot və ağır silahlardan istifadə olunur. Təəssüf ki, biz mülki vətəndaşlar arasında itkilər görürük. Biz tərəflərə təkid edirik ki, bu cür itkilərin qarşısını almaq üçün əllərindən gələni etsinlər. Bunun üçünsə dinc razılaşmaya doğru işləmək lazımdır,” cənab Uorlik bildirib.

Amerikalı vasitəçi tərəflərin əsəb keçirdiyni anladığını deyib. Amma o, qaçırılmış fürsətlərə görə ruhdan düşməməyin mühümlüyünü və proqres üçün vaxtın gəlib çatdığını vurğulayıb.

O, yaxın günlərdə BMT Baş Assambleyasının Nyu Yorkdakı toplantısı əsnasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəyini və prezidentlərin zirvə görüşü istiqamətində müzakirələr aparacağını bildirib.

XS
SM
MD
LG