Accessibility links

Höccətül-İslam Ejeyi: Digər əhali kimi məhbuslar da beyində qansızma ilə üzləşə bilər


Şahrux Zamani
Şahrux Zamani

İran Məhkəmə sisteminin başqan müavini Təbrizli fəalın ölümü haqqında danışıb

İran məhkəmə sisteminin başqan müavini Qulam Hüseyn Mohseni Ejeyi sentyabrın 13-də Rəcayi-şəhr zindanında qəfildən ölən təbrizli əmək fəalı Şahrux Zamaninin ölüm səbəbinin araşdırıldığını söyləyib.

İSNA xəbər agentliyinə istinadən, Höccətül-İslam Ejeyi mətbuat təmsilçiləri ilə görüşündə tanınmış əmək fəalının ölümü ilə bağlı bir jurnalistin sualını cavablandırıb.

Höccətül-İslam Ejeyi
Höccətül-İslam Ejeyi

İranın sabiq təhlükəsizlik naziri məhbusun ölümünün səbəbləri ilə bağlı son sözün məhkəmə həkimi tərəfindən söylənəcəyini ifadə edib.

“Müttəhimlər ya məhkumların toplumun digər fərdlərindən daha çox problemlərlə qarşılaşdıqlarını deyə bilməsək də, ən azı başqaları qədər problem yaşayacaqlarını söyləyə bilərik. Həbsxanada olmayanlar üçün beyində qansızma baş vermirmi? Məhbuslar da onlar kimidir,” deyə İranın sabiq təhlükəsizlik naziri məhbusların ölümünün qeyri-normal olmadığnı önə çəkib.

51 yaşlı əmək fəalının ölüm səbəbinin araşdırılmasını tələb edən qruplar isə, ümumiyyətlə məhbusların ölümü ilə bağlı hakimiyyətin məsuliyyət daşıdığını söyləyirlər.

2011-ci ildən bəri 11 illik həbs müddətini çəkərkən sentyabrın 13-də Kərəcin Rəcayi-şəhr zindanında qəfildən ölən Təbrizli fəalın ölümünün səbəbi ilk açıqlamalarda beyində qansızma olduğu elan edilib.

XS
SM
MD
LG