Accessibility links

Prezident Obama Rusiya lideri Vladimir Putinlə görüşəcək


Rusiya Prezidenti Vladimir Putin gələn bazar ertəsi Nyu Yorkda ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov jurnalistlərə bildirib ki, görüş Putinin Yaponiya baş naziri Şinzo Abe ilə görüşündən sonra baş tutacaq.

Hər üç lider gələn həftə BMT Baş Assambleyasının toplantısında iştirak edəcək. Putin assambleyada nitq söyləməyi planlaşdırır.

Obama və putin sonuncu dəfə 2014-cü ilin noyabrında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində görüşmüşdülər.

Obama adminstrasiyasının adının çəkilməsini istməyən rəsmisi görüşün Putinin xahişi əsasında planlaşdırıdldığını bildirib.

“Moskva ilə aramızdakı dərin fikir ayrılıqlarına baxmayaraq, prezident inanır ki, Ukraynada və Suriyadakı situasiyanı nəzərə alaraq, ruslarla yüksək səviyyədə təmasa getməklə proqres əldə etməyin mümkün olub-olmadığın yoxlamamaq məsuliyyətsizlik olardı,” deyə o bildirib.

XS
SM
MD
LG