Accessibility links

"Rusiyanın koalisiyası İran və Əsəddən ibarətdir"


Barak Obama Ağ Evin Dövlət Nahar Zalında müxbirlərin suallarını cavablandırır. 2 oktyabr, 2015.
Barak Obama Ağ Evin Dövlət Nahar Zalında müxbirlərin suallarını cavablandırır. 2 oktyabr, 2015.

Rusiyanın Suriyadakı hərbi müdaxiləsini şərh edən Prezident Barak Obama bildirib ki, İran və Prezident Əsəd bütöv Rusiya koalisiyasını təşkil etdikləri halda, dünyanın yerdə qalan hissəsi ABŞ-n tərəfindədir.

Rəsmi Vaşinqton Rusiyanı əsasən mötədil müxalifət qüvvələrini hədəf almaqda ittiham edir.
Rəsmi Vaşinqton Rusiyanı əsasən mötədil müxalifət qüvvələrini hədəf almaqda ittiham edir.

O, həmçinin qeyd edib ki, Vaşinqton və Rusiya liderləri "dekonflikt" üzrə danışıqlar aparırlar ki, Suriyadakı gərginliklər iki ölkə arasında səmada toqquşmalara yol açmasın. ABŞ lideri rusların hava hücumlarına məruz qalan müxalifət qüvvələrinə hərbi yardım çağırışları ilə bağlı ehtiyatlı davranmağı tövsiyə edib:

“Bu, ABŞ-la Rusiya arasında yarış deyil,” deyə o, bildirib. “Biz Suriyanı ABŞ-la Rusiya arasında mübarizə məkanına çevirməyəcəyik. Bizim davamız İŞİD-lədir.”

Rusiya öz əməlləri ilə diqqət cəlb edir, güclənmir.

Eyni zamanda, dolaşan son məlumatlara görə ABŞ hərbi rəhbərliyi Vaşinqtonun dəstəklədiyi qüvvələri qorumağın yollarını nəzərdən keçirir.

Hazırda ABŞ silahlı qüvvələrinə üsyançıların tərəfində döyüşməyə icazə verilmir.

“Bu çox mürəkkəb problemdir, və mən ümid edirdim ki, İraq və Əfqanıstandakı təcrübədən biz lazımi dərsləri öyrənmişik,” deyə Barak Obama cəld hərbi vasitələrə əl atmağa çağıranlara mesaj verib.

ABŞ rəhbərliyi Suriya prezidenti Bəşar əl-Əsədi öz xalqına divan tutmaqda ittiham edir və onun hakimiyyətdən getməli olduğunu hesab edir.
ABŞ rəhbərliyi Suriya prezidenti Bəşar əl-Əsədi öz xalqına divan tutmaqda ittiham edir və onun hakimiyyətdən getməli olduğunu hesab edir.

Amma deyilənlər ABŞ-ın Bəşar əl-Əsədin hakimiyyətdən getməli olduğu haqda qənaəti dəyişmir.

Rusiya prezidenti Vladimir Putinə gəldikdə isə, prezident Obama onun hazırkı müdaxiləsini zəiflikdən doğan ölçü kimi gördüyünü bildirib. Belə ki, Rusiya lideri Suriyaya Əsədin devrilməsinin qarşısını almaq üçün qüvvə yeridib.

“Hazırda İran və Əsəd cənab Putinin koalisiyasını təşkil edən yeganə tərəflərdir. Dünyanın yerdə qalan hissəsi bizim tərəfimizdədir. Onların strategiyası bizi azdırmır.”

Prezident Obama Rusiyanın İŞİD-i məğlub etməyin mühümlüyünü dərk etməsi fikri ilə razılaşdığını bildirsə də Moskvanın İŞİD-lə Əsədin getməsini istəyən müxalifət qüvvələri arasında fərq qoymadığını bildirib.

Bəşar əl-Əsəd əvvəl-axır hakimiyyətdən devriləcək. Əsəd rejimi problemdir.

O, əlavə edib ki, Rusiyanın hava zərbələri Suriya xalqını və ümumilikdə Yaxın Şərqin sünni icmasını qəzəbləndirəcək.

“Putinin bu addımları ölkə daxilində onun reytinqlərini artırıb, amma bu, Rusiya üçün ağıllı strateji addım deyil,” deyə Prezident Obama bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG