Accessibility links

ABŞ Nümayəndələr Palatası Yaxlın Şərqdən gələn qaçqınlara dair ölçüyə səs verdi


Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası Prezident Barak Obamanın 10,000 Suriya və İraq qaçqınını ABŞ-da yerləşdirmək planının əleyhinə səs verib. Prezident Obama ölçü Senatdan keçərsə ona veto qoyacağını bəyan edib.

Obama aydın edib ki, onun qaçqınları yerləşdirmək planı irəli gedəcək.

Qaçqınların ABŞ-a axışan turistlərdən daha çox təhlükə törətdiyi barədə deyilənlər reallığa uyğun deyil.
Barak Obama

"Gözləntim budur ki, ilkin ritorikadan sonar insanlar sakitləşəcək, faktlara baxacaq və bundan sonra biz işimizi davam etdirəcəyik," deyə ABŞ prezidenti Manilada keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində bildirib.

Nümayəndələr Palatası 289-137 nisbətində ölçüyə səs verib. Qətnaməni dəstəkləyənlərin mütləq əksəriyyəti Respublikaçılar olsa da, əhəmiyyətli sayda Demokratlar onlara qoşulublar. Qəbul olunan ölçü İraq və Suriyadan gələn qaçqınların ətraflı yoxlama prosesindən keçməsini tələb edir.

Paul Ryan (R), Nümayəndələr Palatasının spikeri
Paul Ryan (R), Nümayəndələr Palatasının spikeri

Bəzi Respublikaçı qanunvericilər Suriya və İraqdan olan terroristlərin qaçqın adı altında ABŞ-a daxil olacağından və Birləşmiş Ştatlarda Parisdəki kimi hücumlar həyata keçirəcəklərindən narahatdırlar.

Palatanın spikeri Paul Ryan deyib ki, dünyada şər qüvvələr var ki, onların mövcudluğunu nəzərə almaq vacibdir. Bu qüvvə məğlub edilməlidir.

O, bildirib ki, amerikalılar əmin olmalıdırlar ki, Suriya və İraqdakı zorakı mühitdən çıxmış insanların hamısı ehtiyatla yoxlanılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG