Accessibility links

Birləşmiş Ştatlar Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) hesabatına görə, 2005-ci ildən bəri ölkədə HIV diaqnozlarının səviyyəsi 19 faiz azalıb.

CDC virusa yoluxmanın əsasən heteroseksuallar, narkotik maddələri damara vuranlar və afrikalı-amerikalılar arasında azaldığını bildirsə də, bunun homoseksuallar və biseksuallar arasında müşaiyət olunmadığını bildirib.

“Son araşdırmaların nəticələri bu epidemiyanın qaradərili homoseksuallar, əsasən də gənclər arasında daha yüksək olduğunu göstərdi,” deyə CDC-nin QİÇS və AIDS şöbəsinin başçısı Conatan Mermin bildirir. “Latino kişilər arasında infeksiyaların artmasının qarşısını almaq üçün sərt tədbirlər görülməlidir.”

Mərkəzin hesabatına əsasən homoseksuallar və biseksuallar arasında xəstəlik 18 faizə düşsə də, latino və qaradərililər arasında rəqəm 24 və 22 faiz qalxıb.

HIV diaqnozlarında yaşın da faktor olduğu müəyyən edilib. Qaradərili gənc və biseksual 13-24 yaşlarındakı kişilər arasında 2005-ci illə müqayisədə 2014-cü ildə diaqnozlar 87 faiz sıçrayıb. Artım 2010-cu ildən sonra sabitləşib.

XS
SM
MD
LG