Accessibility links

Prezident Barak Obama ABŞ-ın beynəlxalq ictimaiyyətlə birgə İŞİD-ə qarşı səfərbər edildiyi bir məqamda ölkə daxilində sayıqlığı saxlamağın vacibliyini bildirib.

“İŞİD-in Suriya və İraqdakı ürəyini möhkəm sıxmaqla biz onların dünyanın digər guşələrinə terror və təbliğat yaymasının qarşısını alacağıq,” deyə Obama ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. “Eyni zamanda biz daxildə sayıq olmalıyıq. Hər kəs bu işə öz töhfəsini verə bilər – şübhəli nəsə görəndə xəbər etməklə, terrora boyun əyməməklə, amerikalılar olaraq birlik nümayiş etdirməklə.”

Biz nəzərə almalıyıq ki, heç bir hökumət hər adamın sosial mediada, emaildə yazdığı hər şeyi oxumaq iqtidarında deyil.

Prezident Obama İŞİD-ə qarşı intensiv hava zərbələri kampaniyası aparacağını və terror qruplaşmasını darmadağın edəcəyini vəd edib.

Bu əsnada Rusiyanın Suriyadakı əməliyyatlarına toxunan Obama rusların həmin ölkədə proqnozlaşdırdığı kimi ciddi nailiyyət əldə edə bimədiklərini vurğulayıb.

“Əlbəttə, mən demişdim ki, belə olacaq,” deyə o bildirib. Prezident əlavə edib ki, Suriyada sülhün bərqrərar olması üçün Bəşar əl-Əsəd hakimiyyətdən getməlidir. Bununla belə o, Əsədi dəstəkləyən Rusiya və İranın maraqlarının təmin olunması üçün həmin vaxtadək diplomatik körpünün əldə ediləcəyinə ümidini ifadə edib.

Müxtəlif mövzuları əhatə edən mətbuat konfransında Obama ötən il ərzində baş verən irəliləyişlərə toxunub. Bu sırada ABŞ lideri 6 milyon adamın onun səhiyyə sığorta planına qoşulduğunu və həyata keçirilən təhsil islahatlarını vurğulayıb.

Cümə axşamı qanunvericilər ABŞ-a daxil olan turistlərin viza prosesini tənqid ediblər.

İŞİD 2015-ci ildə Amerika üçün əsas təhlükəsizlik problemi olub.

İŞİD 2015-ci ildə Amerika üçün əsas təhlükəsizlik problemi olub.

Tənqidlərə reaksiya verən prezident bildirib ki, hökumətdən viza üçün müraciət etmiş hər kəsin Facebook yazılarını oxumaq gözləmək ədalətdən uzaq olardı. O, hesab etdiyini bildirib ki, ABŞ hökuməti insanların mülki azadlıqları ilə təhlükəsizlik arasında balans qurmağa nail olub.

Cümə günü səhər Prezident Obama iki adamı əfv etmiş, digər 95 adamın həbs cəzalarını yüngülləşdirmişdir. Əfv olunanların və cəzaları yüngülləşdirilən adamların hamısı qeyri-zorakı maddələrlə məhkum olunublar. Bu adamların əksəriyyəti kokain gəzdirmək üstündə məhkum olunan adamlar olub.

İlin sonuna həsr edimiş mətbuat konfransı və onun ardınca boya-başa çatdığı Havay ştatında məzuniyyət Obama üçün ənənə halı alıb. Tropik Oahu adasına yollanmazdan öncə ABŞ prezidenti terror hücumunun baş verdiyi Kaliforniyanın San Bernardino şəhərinə baş çəkəcək.

XS
SM
MD
LG