Accessibility links

2016-cı ilin gəlişi təhlükəsizlik tədbirləri ilə müşayiət olunur


Sidney Opera Evi üzərində atəşfəşanlıq. 31 dekabr, 2015.
Sidney Opera Evi üzərində atəşfəşanlıq. 31 dekabr, 2015.

Dünya boyu əksər şəhərlərdə hüquq mühafizə orqanları ictimai şənliklərin terror hücumlarına məruz qalacağından ehtiyatlanaraq yüksək təhlükəsizlik tədbirləri görüblər.

Avstraliyanın Sidney şəhərində yerli sakinlər yeni ilin gəlişini atəşfəşanlıqla qeyd ediblər. 12 dəqiqə çəkən atəşfəşanlığa rəsmilər 5.1 milyona dollar xərcləyiblər.

Paris, Fransa
Paris, Fransa

Rusiya paytaxtı Moskvada Qırmızı Meydan bağlanılıb. Yeni ilin gəlişini bayram edənlərin əsas toplaşma məkanı sayılan meydanın bağlanması nadir haldır. Rəsmilər etiraf etməsələr də, müşahidəçilər bu addımın terror təhlükəsi ilə əlaqəli olduğunu bildirirlər.

Belçikada paytaxtın ənənəvi yeni il şənlikləri təxirə salınıb. Brüssel meri Yvan Mayeur etiraf edib ki, şənliklərə qatılacaq on minlərlə adamı yoxlamaq qeyri-mümkün olacaq.

Bu arada, Brüssel polisi noyabrın 13-də Parisdə terror aktı törətmiş qruplaşmanın 10-cu şübhəlisini həbs etdiyini xəbər verir. Həmin hücumda islamçı ekstremistlər 130 adamı qətlə yetirmişdilər.

Nyu York, ABŞ
Nyu York, ABŞ

Parisdə də atəşfəşanlıq təxirə salınıb, Şəhərin əsas xiyabanı olan Champs Elysee bir saatlıq müddətinə nəqliyyata qapadılıb. Paris meri Anne Hidalgo ölkəsinin terror hücumlarından hələ də dirçəlməyə çalışdığı haqda dünyaya mesaj göndərməli olduğunun vacibliyini vurğulayıb.

Nyu Yorkda avtomatlarla silahlanmış minlərlə polis Tayms Meydanında keçiriləcək ənənəvi bayram şənliyini mühafizə edir. Hər il meydana yeni ili qarşılamaq üçün bir milyona yaxın adam gəlir.

Polis, Federal Təhqiqat Bürosu və federal təhlükəsizlik rəsmiləri Nyu-York və başqa ABŞ şəhərində terror təhlükəsinə dair spesifik xəbərdarlıq almadıqılarını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG