Accessibility links

ABŞ-ın Oreqon ştatında silahlılar federal obyekti zəbt edib


ABŞ rəsmiləri Oreqon ştatında uyerləşən qoruq mərkəzində baş qaldıran qarşıdurmanı aradan qaldırmaq üçün səy göstərdiklərini xəbər verirlər. Mərkəzə nəzarəti ələ alan silahlı şəxslər burada illərlə qala biləcəklərini bəyan ediblər.

Ağ Ev sözçüsü Coş Ernest Prezident barak Obamanın situasiyadan agah olduöunu və situasiyanın dinc yolla çözüləcəyinə ümid bəslədiyini bildirib.

Biz lazım olduğu qədər burada olacağıq. Biz heç kimə qarşı güc tətbiq etmək niyyətində deyilik. Anca bizə qarşı güc tətbiq edilsə biz müdafiə olunacağıq.
Ammon Bundy

Federal Təhqiqatlar Bürosu (FBI) ştat və yerli rəsmilərlə yaxından əməkdaşlıq etdiyini bildirib, lakin detallara varmayıb. Etirazçılar iki rançerlə həmrəyliklərini nümayiş etidrərək Malheur Milli Qoruğunda yerləşən ucqar obyekti ələ keçiriblər. Dwight Hammond (76) və oğlu Steven (46) federal ərazidə yanğın törətməkdə təqsirli bilinərək uzun müddətli həbs cəzası ilə üzləşirlər. Onlar vaxtikən bu ərazidən öz mal-qaraları üçün örüş kimi istifadə ediblər.

Rançerlərə ilk olaraq yüngül cəzalar verilmişdi, lakin federal appelyasiya məhkəməsi birinci hakimi icbari hökm qaydalarına məhəl qoymadığını deyərək adambaşı onlara beş il iş verib.

Malheur Milli Qoruğu, Oreqon, ABŞ.
Malheur Milli Qoruğu, Oreqon, ABŞ.

Şənbə günü iki yerli ranço sahibini dəstəkləmək üçün keçirilən yürüş hökumət əleyhinə geniş etiraza çevrilib və Burns yaxınlığında federal hökumətə məxsus Malheur Milli Təbiət Qoruğunun binasının ələ keçirilməsi ilə nəticələnib.

Bu qoruq yüzlərlə məməli heyvan və quş üçün yaşam zonasıdır.

"Biz lazım olduğu qədər burada olacağıq," etirazçıların sözçüsü Ammon Bundy telefonla CNN-ə deyib. "Biz heç kimə qarşı güc tətbiq etmək niyyətində deyilik. Anca bizə qarşı güc tətbiq edilsə biz müdafiə olunacağıq."

Özü nevadalı ranço sahibinin oğlu olan sözçü deyib ki, onlar torpaq hüquqları uğrunda mübarizə aparırlar.

Etirazçıların sözçüsü Ammon Bundynin sözlərinə görə, rəsmilər Hammondları torpaqlarını satmaqdan imtina etdiklərinə görə cəzalandırırlar. O, deyib ki, bu, xüsusən də torpaq hüquqları məsələsində hökumətin özbaşınalığının nümunəsidir.

Oreqonun prokuror əvəzi deyib ki, Hammondlar haqlı olaraq ittiham ediliblər. Onlar brakonyerlik hərəkətini ört-basdır etmək məqsədilə 130 akrlıq (52,6 hektar) dövlət torpaqlarına od vurublar. Prokuror əvəzi həmçinin deyib ki, Hammondlara verilmiş beş illik həbs cəzası bu növ cinayətlər üçün verilmiş ən minimal cəzadır.

İnsanlar torpaqdan və resurslardan azad şəkildə və qorxusuz istifadə etməlidirlər. Biz bilirik ki, bu, müəyyən qədər vaxt alacaq.
Ammon Bundy

Etirazçıların sözçüsü deyib ki, binası zəbt edilmiş qoruq (təbii rezervasiya) 1900-cü ildən bəri 100 rançonun ərazisi hesabına genişlənib və indi də ranço sahiblərinin və mədənçilərin hesabına böyüməkdə davam edir.

Onun sözlərinə görə, hadisələrin cərəyan etdiyi Harney vilayəti əvvəllər ölkənin ən zəngin vilayətlərindən biri olub, indi isə ən kasıblardan biridir.

Silahlı etirazçılar binanın içinə girəndə içəridə işçilərdən heç kim olmayıb.

Etirazçıların nə istədiyi soruşulanda sözçü belə deyib: "İnsanlar torpaqdan və resurslardan azad şəkildə və qorxusuz istifadə etməlidirlər. Biz bilirik ki, bu, müəyyən qədər vaxt alacaq."

"Biz terrorçu deyilik," Bundy deyib. "Biz narahat olan vətəndaşlarıq və biz bilirik ki, əgər uşaqlarımıza nəsə ötürmək istəyiriksə hərəkət etməliyik."

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG