Accessibility links

İran Azərbaycanında türk fəalların seçkilərə namizədlikləri rədd edilib


İranda qarşıdan gələn parlament seçkilərində İran Azərbaycanının Təbriz, Urmiyə, Mərənd, Əhər, Sulduz və Məlikan kimi seçki dairələrindən namizədliklərini irəli sürən türk fəallarının seçki komissiyası tərəfindən diskvalifikasiya edildiyi bildirilir.

Aralarında hüquqşünas, universitet müəllimi və alimlərin də olduğu bəzi fəallar namizədliklərinin qeydə alınmadığına dair seçki komissiyalarının göndərdiyi məktubların surətini sosial şəbəkələrdə paylaşıblar.

Hüquqşünas Fatma Səttari
Hüquqşünas Fatma Səttari

Güney Azərbaycan TeleviziyasıAraz News veb səhifələri diskvalifikasiya edilənlərdən Təbriz, Tufarqan və Üskü seçki dairəsində Məhəmməd Zəvvar Qalalar və Qadir Kiyani, Urmiyədə Yusuf Bidardil və Fatma Səttari, Mərənd və Culfa dairəsində Əlirza Fərşi, Sulduzda (Nəğədə) Abdullah Abbasi Cavan, Əhərdə Məhərrəm Kamrani və Məlikan (Məlikəndi) seçki dairəsində isə Nəvvab Kəriminin adlarını yayıblar.

Namizədlikləri qeydə alınmayan türk fəallardan Əlirza Fərşi və Abdullah Abbasi Cavan apardıqları fəaliyyətləri üzündən keçən illərdə həbs və mühakiməyə məruz qalıblar.

İnternet qəzetlərinə istinadən, İran Azərbaycanı, eləcə də Tehran və Qəzvin vilayətlərinin seçki dairələrindən bəzi türk fəallar “Üçüncü Söyləm” şüarı ilə namizədliklərini irəli sürərək fundamentalist və ya islahatçı qruplara bağlı olmayacaqlarını bildirmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG