Accessibility links

Binə Ticarət Mərkəzi etiraz edir [Video]


Binə Ticarət Mərkəzi etiraz edir
please wait

No media source currently available

0:00 0:00:49 0:00

Sahibkarlar icarə haqlarının endirilməsini tələb edir

Yanvarın 18-də Bakının ən böyük ticarət mərkəzlərindən biri olan Binə Ticarət Mərkəzindəki ticarət obyektlərinin əksəriyyəti icarə haqları baha olduğundan etiraz olaraq işi dayandırıb. Ticarətçilər aktiv etiraz aksiyaları keçirməsə də dükanları bağlayıblar.

Ticarətçilərdən biri Amerikanın Səsinə bildirib ki, ticarət obyektlərinin bağlı olmasına baxmayaraq hələ müdiriyyət sahibkarlara cavab verməyib.

Sahibkarların sözlərinə görə, ticarət obyekti sahibkarın özünə məxsusdursa hər 40 kvadratmetr üçün hər ay ümumilikdə 1200 manat (Ticarət Mərkəzinə 900 manat, vergiyə 250 manat, sosial fonda 50 manat, kondisioner üçün 50 manat, elektrik istifadəsi üçün 50 manat) ödəyir. Bununla yanaşı, ticarət obyektini icarəyə götürən şəxslər əlavə 500 manat da (bir neçə ay əvvəl 1000 manat ödəyirdi) ticarət obyektinin sahibinə ödəyir.

Sahibkarlar ticarət obyektlərini bağlamaqla Binə Ticarət Mərkəzinin rəhbərliyindən aylıq icarə haqlarını 500 manata endirməsini tələb edir.

“İkinci devalvasiyaya qədər hər gün 1000-1500 manat alver edirdik. İndi gün ərzində 100-150 manat alver olmur. Bununla yanaşı, Türkiyədən və Çindən mal gətirilməsi dayandırılıb. Çünki, bu malların qiymətləri baha başa gəldiyindən heç kim almır”, sahibkarlardan biri Amerikanın Səsinə bildirib.

Binə Ticarət Mərkəzində təqribi hesablamalara görə bir neçə min ticarət obyekti var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG