Accessibility links

Son 10 ildə qlobal miqyasda azadlıqlar sahəsində geriləmə müşahidə olunub


Son 10 ildə qlobal miqyasda azadlıqlar sahəsində geriləmə müşahidə olunub
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Yeni araşdırmaya əsasən qlobal iqtisadi tənəzzül və sosial iğtişaşla bağlı narahatlıqlar 2015-ci ildə avtoritar hökümətlərin siyasi repressiyaları artırmasına səbəb olub. Heç bir siyasi partiyaya mənsub olmayan Freedom House təşkilatı 2015-ci il hesabatında bütün dünyada ölkələri demokratik azadlıqlar dərəcəsinə görə sıralayıb. Suriyada vətəndaş müharibəsi və Yaxın Şərqin digər yerlərində qeyri-sabitlik səbəbilə azadlıq baxmından bu region ən pis yer hesab edilir. 2015-ci ildə Freedom House hesabatında bildirilir ki, 72 ölkədə münaqişə, siyasi və iqtisadi böhranlar yaşanıb və bunlar qlobal azadlıqların 10 il ardıcıl olaraq azalmasına sabəb olub. “Sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı, qanun aliliyi, məhkəmə sisteminin müstəqilliyi, yəni bütün sahələrdə azadlıqların azalmasını müşahidə edirik,” deyə təşkilatın nümayəndəsi Vanessa Taker bildirir. Vaşinqtonda fəaliyyət göstərən bu təşkilat 50 ölkə və ərazini “Azad olmayan” yer kimi qiymətləndirib. Bunların sırasında ən pis sayılan isə Suriya kimi yerlərdir. Siyahıya daxil olan digər ölkə və ərazilər isə Çinin Tibet Muxtar Vilayəti, Somali, Şimali Koreya, Özbəyistan və Eritreyadır. Hesabatda qeyd edilir ki, bu ərazilərdə yaşayan insanların hyatında əhəmiyyətli dərəcədə geriləmə olub, çünki oradakı avtoritar liderlər insan haqları fəalları və digər hökümət tənqiçilərinə qarşı təzyiqləri artırıb. Hesabat həmçinin azadlıq baxımından Yaxın Şərq və Şimali Afrika regionlarını ən son yerlərdə sıralayıb. “Bizim əsasən də Yaxın Şərqdə müşahidə etdiyimiz odur ki, bəziləri əvvəllər, bəziləri isə elə indi də Qərbin müttəfiqləri hesab edilən o ölkələrin uzunmüddətli idarəçiləri əslində heç sabit tərəfdaş deyillər. Məncə, onlara arxalanmağı davam etdirmək çox pis fikirdir.” Freedom House-un bildirdiyinə görə, terror hücumları və böyük miqrant axınının yaratdığı gərginlik səbəbilə təzyiqlərə məruz qalan demokratik ölkələr də bəzi azadlıqları boğmağa başlayıb. “Ən böyük problemlərlə üzləşən ölkələrdə, dəqiq desək miqrant axını problemi il üzləşən elə bütün ölkələrdə, vətəndaşları və milli maraqları qorumaqla yanaşı təməl azadlıqları da qorumaq olduqca vacibdir.” Freedom House-un tənqid etdiyi ölkələr əksər hallarda təşkilatı pisləyir. Məsələn, Rusiya Freedoum House-u qərəzli adlandırıb və ABŞ-ın maraqlarına xidmət etməkdə ittiham edib. Hesabatda həmçinin 61 ölkədə daha çox azadlıqların təmin olunması sahəsində inkişaflar qeydə alınıb. Əsasən də Latın Amerikasında aparılan işlər yüksək qiymətləndirilib. “Ən böyük irəliləyiş Latın Amerikasında qeydə alınıb. Orada son 5-10 ildə bir çox təməl azadlıqlara qarşı təzyiqlər artmışıdı, indi isə bunun əksi müşahidə etmək mümkündür.” Hesabatda eləcə də qeyd olunur ki, son 10 ildə qlobal azadlıqlar arasında ən böyük tənəzzül ifadə azadlığı və qanunun aliliyi sahələrində baş verib.

XS
SM
MD
LG