Accessibility links

Sanders və Tramp Nyu Hempşir praymerizinin qalibləridir


Demokrat prezidentliyə iddialı Berni Sanders praymeriz gecəsində tərəfdarlarına reaksiya verir. Mançester, Nyu Hempşir. 9 fevral, 2016.
Demokrat prezidentliyə iddialı Berni Sanders praymeriz gecəsində tərəfdarlarına reaksiya verir. Mançester, Nyu Hempşir. 9 fevral, 2016.

Media təxminlərinə görə Demokrat sosialist Berni Sanders və milyarder Donald Tramp öz partiyalarının Nyu Hempşir ştatındakı praymerizində qalib gəliblər. Bu, onların ABŞ prezident seçki yarışında ilk qələbələridir.

Biz Amerikanı yenidən möhtəşəm edəcəyik. Biz bunu ənənəvi qayda ilə edəcəyik.
Donald Tramp, Respublikaçı iddialı

Səsvermə məntəqələri bağlandıqdan az sonra sayılan səslərin nəticələrinə əsaslanaraq aparıcı media qurumları Sanders və Trampı praymerizin qalibləri elan ediblər. Ohayo qubernatoru Con Kasiçin isə Respublikaçı iddialılar arasında ikinci yerdə gəldiyi təxmin olunur.

Səsvermənin nəticələri ötən günlərdə keçirilmiş rəy sorğularını əks etdirir. Həmin sorğularda Vermontdan olan senator Sanders və Nyu Yorkda daşınmaz əmlak biznesi ilə məşğul olan milyarder Donald Trampın böyük dəstəyə malik olduğu görünürdü. Onlar sorğularda öz rəqiblərini böyük səs fərqi ilə üstələyirdilər.

“Biz Amerikanı yenidən möhtəşəm edəcəyik,” deyə zəfər ruhlu Tramp öz qələbə nitqində bəyan etdi. “Biz bunu ənənəvi qayda ilə edəcəyik.”

“Biz yenidən udmağa başlayacağıq, və biz o qədər udacağıq ki, siz çox xoşbəxt olacaqsız,” Tramp əlavə edib.

Sandersin çevik və inamlı qələbəsi ötən həftə Ayovada onunla sabiq Dövlət Katibi Hillari Klinton arasında faktiki heç-heçə ilə nəticələnən kokuslarla təzad təşkil edir.

Bu gün gülümsəyən Sanders iqtisadi bərabərsizlikdən danışmaqla tərəfdarlarını ruhlandırıb.

Birlikdə biz Uoll Stritdən Vaşinqtona, Meyndən Kaliforniyayadək elə mesaj göndərmişik ki, onun əks-sədası gələcək.
Berni Sanders, Demokrat iddialı

“Birlikdə biz Uoll Stritdən Vaşinqtona, Meyndən Kaliforniyayadək elə mesaj göndərmişik ki, onun əks-sədası gələcək. Və mesaj budur ki, bizim möhtəşəm ölkəmiz bir ovuc varlı kampaniya donorlarına və onların siyasi təşkilatlarına yox, bütün xalqa mənsubdur,” Sanders bildirib.

Tramp səslərin 34, Sanders isə 60 faizini qazanıb.

Ümummilli prezident seçkilərində momentum əldə etmək istəyən iddialılar üçün ilkin seçkilərdə qələbə dəyərli fürsətdir. Belə ki, Amerika boyu bütün ştatlarda keçiriləcək ilkin seçkilərdə - bu, praymeriz yaxud kokus halında ola bilər - amerikalılar iki əsas partiyanın vahid namizədlərini müəyyən edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG