Accessibility links

İtaliyalı yazıçı Umberto Eko 84 yaşında dünyasını dəyişib.

Eko cümə günü Milandakı evində xərçəng xəstəliyindən vəfat edib. İtaliya qəzeti Corriere della Sera-nın yazdığı kimi, o, İtaliyanın ən görkəmli intellektuallarından biri idi.

Onun romanları bəzən çətin oxunsa da populyar idi.

Şimali İtaliyada yeniyetmə olarkən o, komik kitablar və fantaziyalar yazardı. 1950-ci illərdə o, İtaliyada telejurnalist kimi fəaliyyət göstərmişdi.

Ekonun Qızılgülün Adı adlı əsəri ən tanınmış tarixi janrlı roman idi. Həmin roman əsasında 1986-cı ildə çəkilmiş filmdə baş rolu film ulduzu Sean Connery oynamışdı. 1980-ci ildə çapdan çıxmış bu roman 43 dilə tərcümə olunmuş və milyonlarla nüsxəsi satılmışdı.

Eko peşəkar akademik idi. O, fəlsəfə üzrə təhsil almış, işarələrin və simvolların tədqiqatı sayılan semiotik üzrə ixtisaslaşmışdı.

Ekonun ədəbi şöhrətə gedən yolu uzun və keşməkeşli olub.

Umberto Eko

Umberto Eko

Şimali İtaliyada yeniyetmə olarkən o, komik kitablar və fantaziyalar yazardı. 1950-ci illərdə o, İtaliyada telejurnalist kimi fəaliyyət göstərmişdi. Sonradan uşaq kitabları və köşə yazıları yazmaqla məşqul olmuşdu.

Ötən onillikdə Eko günün olayları haqda esseler kolleksiyası dərc edib. Ötən ilsə o, İtaliyada siyasi skandaldan bıhs edən Nömrə Sıfır adlı roman yazıb.

XS
SM
MD
LG