Accessibility links

Rusiya baş nazirinin müavini Bakıya niyə gəlib?


Martın 3-də Bakıda Rusiya Federasiyasının baş naziri Dmitri Roqozinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar olacaq. Əsas mövzu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın nizamlanmasıdır. Enerji resurslarının qiymətinin enməsilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə ödəniş edə bilmir. Azərbaycan tərəfinin Rusiyanın Ermənistana silah göndərməsi məsələsini də qaldıracağı istisna olunmur.

Bu barədə Moskvanın “Kommersant” qəzetinin bugünkü sayında yazılıb.

Qəzetin məlumatına görə, Roqozindən başqa “Rosoboroneksport” və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.

Səfər öncədən planlaşdırılmayıb.

“İxrac müqavilələri ilə bağlı çətinlik yaranıb ki, bunları da yüksək səviyyədə həll etmək lazımdır”. Öncə hərbçilərlə, sonra prezident İlham Əliyevlə görüş gözlənilir.

Söhbət bir neçə il öncə bağlanmış silah müqavilələrinə görə ödənişdən gedir.

“Kommersant” mənbələrinin dediklərinə görə, problem ondadır ki, neftin qiyməti endikdən sonra Azərbaycanda ödənişlə bağlı problem yaranıb. “Sifariş etdikləri texnika hazırlanıb və gətirilib, lakin hələlik limanda dayanıb. Yükün boşaldılmasını və vəziyyətin həllini gözləyirlər”, - mənbə qəzetə bildirib.

2010-2014-cü illərdə Bakı Rusiyadan iki divizion С-300ПМУ-2 sistemi, bir neçə "Тор-2МE" kompleksi, yüzə yaxın döyüş və nəqliyyat vertolyotu, ən azı 100 ədəd Т-90С tankı, 100 ədəd БМП-3, 18 "Мста-С" artilleriya qurğusu və bir o qədər ТОС-1А sistemi, həmçinin “Smerç” reaktiv sistemi alıb. Bu paketin ümumi dəyəri $4 mlrd. həcmində dəyərləndirilib. Müqavilələrin böyük hissəsi yerinə yetirilib. Bir neçəsi qalır ki, o da bu il başa çatmalıdır..

Moskva ödəniş məsələsini müzakirə edərək razılığa gəlmək niyyətindədir. Belə ki, qiyməti ödənilməyən məhsullar başqa ölkələrə satıla bilər, - mənbə “Kommersant”a bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG