Accessibility links

Rza Zərrab ABŞ-da həbs olundu


Rza Zərrab
Rza Zərrab

Türkiyəli biznesmen İrana qarşı sanksiyalardan yayınmaq məqsədilə yüz milyonlarla dollar həcmində bank tranzaksiyalarında iştirak etmək ittihamı ilə Birləşmiş Ştatlarda həbs olunub.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, 33 yaşlı Rza Zərrab şənbə günü Mayamidə həbs olunub. Nyu York federal məhkəməsinin açıqladığı ittihamnaməyə əsasən, 2010-2015 ci illər arasında Zərrab və onun iki tərəfdaşı - Kameliya Cəmşidi və Hüseyn Nəcəfzadə - İran hökuməti adından fəaliyyət göstərərək öz bank əməliyyatlarının həqiqi mahiyyətini gizlədiblər.

Əgər üzləşilən ittihamlar üzrə məhkum olunarlarsa, təqsirləndirilən şəxsləri 30 ilədək həbs cəzası gözləyir.

İttihamçılar Cəmşidi və Nəcəfzadənin hələ ki, həbsdən yayındıqlarını deyirlər.

“Təqsirləndirilənlər ABŞ-ın İrana və İran qurumlarına sanksiyaları adlamaqda yardımçı olmuş, bu sanksiyaları pozmuşlar,” Manhattan ittihamçısı Preet Bharara verdiyi açıqlamada bildirib.

Rza Zərrab İran Milli Bankının baş menecerinə ünvanladığı məktubda İrana sanksiyalardan yayınmağa yardım etməyin Zərrab ailəsi üçün "milli və mənəvi borc” olduğunu yazıb. Həmin məktubda Zərrabın şəxsi imzası var.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, qeyri-qanuni fəaliyyətdən faydalanan qurumlar sırasında Bank Millət, Millət Exchange, o cümlədən İran Milli Neft Şirkəti, Naftiran Intertrade Şirkəti və başqaları var.

Cinayət törədilən vaxt bu qurumlar sanksiyalarla üzləşirdi, amma hələ də “qapadılmış tərəflər” sayılır.

Əgər üzləşilən ittihamlar üzrə məhkum olunarlarsa, təqsirləndirilən şəxsləri 30 ilədək həbs cəzası gözləyir.

XS
SM
MD
LG