Accessibility links

David Kramer: Siyasi məhbuslar alver subyekti olmamalıdır


David Kramer
David Kramer

“Mən ilk növbədə həbsxanada olmamalı adamların məhbəsdən buraxılmasına həmişə sevirinəm, amma Azərbaycan həbsxanalarında hələ də çoxsaylı siyasi məhbuslar qalır,” Freedom House təşkilatının sabiq prezidenti və hazırda Con Makkeyn İnstitutunun insan haqları və demokratiya məsələləri üzrə direktoru David Kramer Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə hətta həbsdən buraxılan adamların bəziləri üzərində ittihamlar hələ də qalmaqdadır. “Yunuslara tibbi müalicə almaq üçün ölkədən çıxmağa izacə verilmir,” deyə Kramer Azərbaycan hökumətinin ATƏT və Avropa Şurası qarşısındakı öhdəlikərinə riayət etmək sahəsində hələ də xeyli işlər görməli olduğunu bəyan edib.

Nə qədər ki, Azərbaycanda siyasi məhbuslar qalır, Prezident Əliyev Oval Ofisin həndəvərinə buraxılmamalı, yaxud Obama ilə təkbətək görüşməməlidir.
David Kramer

“Siyasi məhbuslar Prezident Əliyevin ABŞ Prezidenti Barak Obama ilə görüşünün təşkil edilməsi üçün alver subyekti olmamalıdırlar,” deyən sabiq Freedom House rəhbəri İlham Əliyevin “oval ofisin həndəvərinə buraxılmamasına” və onunla ABŞ lideri arasında təkbətək görüşün olmamasına çağırıb.

“Azərbaycan regionun ən repressiv ölkəsinə çevrilib,” Kramer Amerikanın Səsinə deyib. “O, hətta Belarusdan və Rusiyadan da daha repressivdir.”

Kramerin fikrincə, Prezident İlham Əliyev Azərbaycanda Ukraynadakı “Maydan” hərəkatına oxşar hərəkatın baş verməməsi üçün repressiyalara start verib. Amma bu basqıların miqyası o qədər geniş və mahiyyəti sərt olub ki, indiyədək Azərbaycanda belə repressiya dalğası müşahidə olunmayıb.

“Azərbaycan çətin qonşuluqda yerləşir. Rusiya və İran kimi ölkələrlə əhatə oluub. Amma bu, gördüyümüz basqılara bəraət qazandırmır,” Kramer bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG