Accessibility links

Respubikaçıların qurultayında petisiya: Silah gəzdirməyə icazə verin


Vaşinqton ştat kapitolisi qarşısında keçirilən nümayişdə silah hüquqları müdafiəçiləri üzərlərində tapança gəzdirirlər. 15 yanvar, 2016. Olimpiya, Vaşinqton.
Vaşinqton ştat kapitolisi qarşısında keçirilən nümayişdə silah hüquqları müdafiəçiləri üzərlərində tapança gəzdirirlər. 15 yanvar, 2016. Olimpiya, Vaşinqton.

Hər üç prezidentliyə Respublikaçı namizəd insanların açıq şəkildə silah gəzdirmək hüquqlarını müdafiə ediblər. Bu günlərdə irəli sürülən onlayn petisiya kampaniyası onları bu çağırışların arxasında durmağa və iyulda keçiriləcək partiya qurultayında silah gəzdirilməsinə icazə verməyə çağırır.

Qurultaya ev sahibliyi edən Klivlend şəhərindəki “Quicken Loans” arenası bir qayda olaraq binada silah gəzidirlməsinə icazə vermir. Ohayo ştatında mövcud qanunlar insanlara sərbəst silah gəzdirmək hüququ verir.

İştirakçlıarı öz silahlarını evdə qoymağa məcbur etməklə Respublikaçı Milli Komitəsi və Quicken Loans Arenası qurultay binası daxilində və xaricində on minlərlə adamın həyatını riskə qoyur.
Petisiyanın mətnindən

Texas Senatoru Ted Kruz və biznesmen Donald Tramp silahlar üçün “qadağan zonaları”-nı tənqid etmiş, bu cür tədbirlərin təhlükəni daha da artırdığını önə çəkmişlər.

Tramp dekabrda bildirib ki, o, prezidentliyinin ilk günündə silahlara qadağan zonalarını ləğv edəcək. Kruz isə bu cür zonaların sadəcə hücumçulara əliyalın insanlar üzərində üstünlük verdiyini deyib. Ohayo qubernatoru və prezidentliyə namizəd Con Keysiç ötən ilə Milli Qvardiya obyektlərinə silah gəzdirmək qadağasını ləğv edib.

Change.org saytında yayılan petisiya Klivlenddə qurultay zamanı iştirakçılara sərbəst şəkildə silah gəzdirmək hüququnun tanınmasına çağırır.
Change.org saytında yayılan petisiya Klivlenddə qurultay zamanı iştirakçılara sərbəst şəkildə silah gəzdirmək hüququnun tanınmasına çağırır.

30,000-dən çox adam Change.org saytında petisiyaya imza ataraq namizədləri Klivlend arenasının silahlara qadağa qaydasını müvəqqəti dayandırmağa çağırıblar. Petisiya habelə Milli Tüfəng Assosiassiyasını bu qaydanı tənqid etməyə və qurultayın təşkilatçısı olan Respublikaçılar Milli Komitəsinin sədri Reyns Preybusu silahlara icazə verilmədiyi təqdirdə qurultayın məkanını dəyişməyə çağırır.

ABŞ-da silah gəzdirmək hüququ Hüquqlar Bəyannaməsinin ikinci düzəlişində öz əksini tapır. Bir çox Respublikaçılar silah gəzdirmək hüququnu aktiv müdafiə edir və bu hüquqlara tətbiq edilən qadağaları siyasi azadlıqlara təhlükə kimi dəyərləndirirlər.

XS
SM
MD
LG