Accessibility links

Rusiya ilə ədavət şimali qafqazlıları İŞİD-ə cəlb edir [Təhlil]


Avropada yaşayan Şimali Qafqaz diasporansının yüzlərlə üzvü İŞİD sıralaında döyüşmək üçün Yaxın Şərqə gedib. Onların çoxu döyüşlərdə həlak olsa da, bəziləri İŞİD-in yuxarı eşelonlarına daxil ola biliblər.

ABŞ Konqres Araşdırmaları Xidməti öz hesabatında çeçen döyüşçülərin şimali qafqazlılar arasında ən təcrübəli döyüşçülər olduqlarını önə çəkir. Elə buna görə rəhbər mövqelərdə qərar tutanlar arasında çeçenlər çoxluq təşkil edir.

Avropa İttifaqı hüquq-mühafizə orqanları 5,000 avropalının Suriya və İraqda döyüşməyə getdiyini təxmin edir.

Avrop İttifaqı hüquq-mühafizə orqanları 5,000 avropalının Suriya və İraqda döyüşməyə getdiyini təxmin edir.

İŞİD Suriya və İraqda ərazi itirdikcə başlıca naharatlıq həmin adamların Avropaya qayıtması ilə bağlıdır.

Brüsseldəki terror hücumları göstərdi ki, İŞİD öz hücumlarında ikinci, yaxud üçüncü nəsil mühacirlərdən istifadə edir. Boston marafonunda baş vermiş partlayış ABŞ-ın da bu tendensiyadan sığortalanmadığına sübutdur.

ÇEÇEN OLMAQDAN SURİYA DÖYÜŞ MEYDANLARINA

Avstriya polisləri 30 yaçlı çeçen Maqomed Z-ni məhkəməyə gətirirlər. Rəsmilər onu 2013-cü ildə İŞİD sıralarında savaşmaqda ittiham edir.
Avstriya polisləri 30 yaçlı çeçen Maqomed Z-ni məhkəməyə gətirirlər. Rəsmilər onu 2013-cü ildə İŞİD sıralarında savaşmaqda ittiham edir.

Çeçen və digər şimali qafqazlıları İŞİD sıralarına cəlb edən onların Rusiya ilə tarixi ədavətidir.

“Onların çoxu Çeçenistanda baş vermiş münaqişədən təsir görmüş ailələrin üzvləridir,” deyə Avropada İslamçı Terrorizmi kitabının müəllifi Piter Nesser Amerikanın Səsinə bildirir.

Rusiyanın Şimali Qafqazı ilhaq etməsi iki nəhəng mühacir dalğasına yol açıb. Birinci dalğanın nümayəndələri 19-cu əsrdə yurdlarını tərk edərək Osmanlı İmperiyasına gəldilər. Onların Yaxın Şərqdə bir neçə milyonluq diasporası var ki, bunların bir çox nümayəndələri Suriyada vətəndaş müharibəsi başlayandan bəri Bəşar əl-Əsədə qarşı döyüşürlər.

Avropada 200,000-ə yaxın çeçenin yaşadığı güman olunur.

İkinci mühacir dalğasının üzvləri isə 1990-2000-ci illərdə Çeçenistanı tərk etmiş, Qərbi Avropa və ABŞ-a pənah aparmış çeçenlərdir. Ceymstaun Fondunun Parisdə yaşayan eksperti Mairbek Vatçaqayev Avropadakı çeçen icmasının təxminən 200,000 təşkil etdiyini deyir.

Bunlardan neçəsinin Suriyada döyüşdüyü aydın deyil. Vatçaqayev bu rəqəmin azı 250 olduğunu hesab edir.

Onun sözlərinə görə Avropadan Suriyaya yollanan ilk çeçen qrupu məqsədyönlü şəkildə orada cihada qoşulmaq üçün getmişdi.

“Bunlar savadsız, beyni doldurulmuş, kasıb uşaqlar deyildi. Ağılları başlarında olan, yetkin adamlar idi ki, onları hətta intelligentsia adlandırmaq olar,” o bildirir.

ƏL-ŞİŞANİ NÜMUNƏSİ

Əbu Ömər əl-Şişani (Tarxan Batiraşvili)
Əbu Ömər əl-Şişani (Tarxan Batiraşvili)

Ekspertlər deyir ki, Avropadan gələn bir çox xarici döyüşçülər Ceyş əl-Mühacirin va al-Ansar kimi cihadçı qruplara qoşulurlar.

Ceyş əl Mühacirin va al-Ansara bir vaxtlar Əbu Ömər əl-Şişani ləğəbi ilə tanınan Gürcüstanda doğulmuş Tarxan Batiraşvili rəhbərlik edib. Onun 2008-ci ildə Gürcüstan tərəfdə Rusiyaya qarşı vuruşduu da deyilir. O, sonradan Suriyada İŞİD komandiri vəzifəsinə yüksəldi.

ABŞ müdafiə rəsmiləri martın əvvəllərində hava zərbəsi nəticəsində əl-Şişaninin öldürüldüyünü deyirlər. Ancaq Vatçaqayev xəbərin dürüstlüyünü şübhə altına alır.

GERİ QAYIDANLAR

Suriyaya yolanmış ilk çeçen döyüşlərin çoxu həlak olub. Lakin oradan qayıdan bir neçə adam öz idealist nəzərləri ilə reallıq arasındakı təzadı qeyd edirlər.

Qayıdanların hekayələri Avropadakı çeçenləri İŞİD-dən soyudan başlıca amillərdəndir.
Mairbek Vatçaqayev

“Qayıdanların hekayələri Avropadakı çeçenləri İŞİD-dən soyudan başlıca amillərdəndir,” deyə Vatçaqayev bildirir.

Üstəlik Avropa rəsmiləri çeeçn icması üzərinə nəzarəti son aylarda xeyli gücləndiriblər. Vatçaqayevin sözlərinə görə buradakı çeçenlər daim nəzarət altındadırlar.

“İnsanlar Türkiyəyə dostlarına baş çəkməyə də qorxurlar, çünki həmin ölkə Suriyaya ənənəvi marşrut kimi qiymətləndirirlir.”

XS
SM
MD
LG