Accessibility links

Viskonsin praymerizinin qalibləri: Kruz & Sanders


Seçicilər ilkin seçkilərdə səs verirlər. Vauvatosa, Viskonsin. 5 aprel, 2016.
Seçicilər ilkin seçkilərdə səs verirlər. Vauvatosa, Viskonsin. 5 aprel, 2016.

ABŞ prezident yarışında ikinci yerdə gedən namizədlər üçün Viskonsindəki praymeri gecəsi yaxşı keçib. Telekanalların proqnozlarına görə Demokrat Berni Sanders və Respublikaçı Ted Kruz partiyalarının nominasiyası uğrunda mərkəz-şimal ştatında keçirilən ilkin seçkilərin qalibi olublar.

Texas Senatoru Ted Kruz Respublikaçıların öndə gedəni Donald Trampı böyük səs fərqi ilə məğlub edib. Ohayo qubernatoru Con Keysiç üçüncü yerə çıxıb. Hələ səsvermədən öncəki rəy sorğuları Kruzun qələbə çalacağını göstərirdi.

Ted Kruz qələbə nitqi söyləyir. Miluoki, Viskonsin. 5 aprel, 2016.
Ted Kruz qələbə nitqi söyləyir. Miluoki, Viskonsin. 5 aprel, 2016.

Viskonsin ştatında nümayəndələr səslərə proporsional olaraq verilmir. Bu o deməkdir ki, burada qalib gələn Respublikaçı namizəd qurultaya gedəcək namizədlərin hamısını qazanmış olur.

“Tanrı Viskonsini qorusun,” deyə Kruz qələbə nitqində bildirib. “Bu gecə dönüş nöqtəsidir.”

Əksər namizədlər yarışdan çıxdıqdan sonra Respublikaçı isteblişmentin böyük kəsimi Texas Senatoru Ted Kruzu dəstəkləyir. Bu sırada prezidentliyə sabiq namizədlər və Viskonsinin öz qubernatoru Skott Uoker var.

Demokratlar arasında isə Berni Sandersin Hillari Klintonu məğlub etdiyi proqnozlaşdırılır. Lakin Vermont senatoru ilə sabiq Dövlət Katibi nümayəndələri səslərə proporsional olaraq böləcəklər.

Demokrat iddialı Berni Sanders
Demokrat iddialı Berni Sanders

Viskonsinə yolanmazdan əvvəl Sanders son 6 Demokrat praymerizindən 5-ni udub. Lakin ümümi nümayəndə sayına - ələlxüsus super-nümayəndə (Demokrat Partiyasında partiyanın görkəmli xadimlərinə “super-nümayəndə” statusu verilir ki, onlar seçkili yolla müəyyən edilmir) sayına görə Klinton birinciliyi əldə saxlayır.

Ümummilli prezident seçkilərində momentum əldə etmək istəyən iddialılar üçün ilkin seçkilərdə qələbə dəyərli fürsətdir. Belə ki, Amerika boyu bütün ştatlarda keçiriləcək ilkin seçkilərdə - bu, praymeriz yaxud kokus halında ola bilər - amerikalılar iki əsas partiyanın vahid namizədlərini müəyyən edəcəklər.

XS
SM
MD
LG