Accessibility links

"Adımın milyardlar mənimsəmiş İlham Əliyevlə eyni siyahıda olmasından təəssüflənirəm."


Mihran Poğosyan

Mihran Poğosyan

Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin rəisi, general-mayor Mihran Poğosyan "Panama Sənədləri" ilə bağlı qalmaqalda adının hallanması səbəbindən istefa ərizəsi yazıb.

Təəssüf edirəm ki, adım əslində milyardlarla dolları mənimsəmiş Azərbaycan prezidenti İlham Əliyevin ailəsi ilə yanaşı çəkilir.

"Ermənistan və xarici KİV-lərində mənim adım Panama ofşorları barədə yazılarda hallanır. Təəssüf edirəm ki, adım əslində milyardlarla dolları mənimsəmiş Azərbaycan prezidenti İlham Əliyevin ailəsi ilə yanaşı çəkilir," deyə o bildirib.

M. Poğosyan deyib ki, adının ofşor qalmaqalında hallandırılması "ölkəsinin avtoritar Azərbaycanla müqayisə edilməsinə" səbəb olub və o, bunu qəbuledilməz hesab edir, bu səbəbdən də istefa ərizəsi yazıb.

O həmçinin əlavə edib ki, adının qalmaqalda hallanması barədə yazılara şərh verəcək və bunu "artıq sıravi vətəndaş qismində" edəcək.

Panama Sənədlərində Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə aid 3 araşdırma da yer alır.

Panama Sənədlərində Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə aid 3 araşdırma da yer alır.

Aprelin əvvəlində BVF missiyasının rəhbəri Hossein Samiei ölkə rəhbərliyini Poghosyanın "Panama Sənədləri" ilə bağlı qalmaqalda iştirakı məsələsini araşdırmağa çağırmışdı.

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun dərc etdiyi sənədlərdə Poğosyanın Panamada qeydiyyatdan keçmiş "Sigtem Real Estates Incorporated", "Hopkinten Trading Incorporated" və "BANGIO INVEST S.A." adlı üç şirkətin səhmdarı olduğu göstərilir. O, "ofşor ustası" adlandırılır.

General-mayor Poğosyanın adı ekzotik meyvə idxalına monopoliya, avtomobil idxalı, tikinti, pullu avtomobil dayanacaqları və supermarketlərlə əlaqələndirilir.

Poğosyan deyib ki, adının ofşor qalmaqalında hallandırılması "ölkəsinin avtoritar Azərbaycanla müqayisə edilməsinə" səbəb olub və o, bunu qəbuledilməz hesab edir.

Bundan əvvəl Ermənistan parlamentinin deputatı Levon Zurabyan da Poğosyanın ofşor qalmaqalında iştirakı ilə bağlı məlumatı araşdırmağa çağırmışdı.

Ermənistanın Ədliyyə Naziri Arpin Hovanisyan bildirib ki, ölkənin bir sıra qanunlarına vergi bəyannamələrinin yanlış doldurulması və gəlirlərin gizlədilməsi ilə bağlı məsuliyyəti müəyyən edən əlavə və dəyişikliklər ediləcək.

Ümumilikdə Panamada yerləşən Mossack Fonseca hüquq şirkətinin "Panama Sənədləri" adı ilə mətbuata sızmış sənədləri arasında 72 sabiq və indiki dövlət başçısı ilə bağlı məlumatların olduğu bildirilir.

XS
SM
MD
LG