Accessibility links

Ermənilər Lavrovun səfərinə etiraz edir [Video]


Ermənilər Lavrovun səfərinə etiraz edir
please wait

No media source currently available

0:00 0:00:50 0:00

Ermənistan paytaxtında siyasi fəallar nümayişə çıxaraq Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun səfərinə etiraz ediblər. Yerevanın "Azadlıq" meydanından Rusiya səfirliyinə addımlayan etirazçılar polislərlə toqquşublar.

Fəallar Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “anti-erməni” təklifi gətirdiyini deyirlər. Onlar həmçinin Rusiyanın Ermənistana silah satışını dayandırmasını tələb edirlər.

Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.
Mariya Zaxarova

Sergey Lavrovun Ermənistana səfərində əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir.

APA-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, müzakirələr aprelin 22-də başlayacaq:

“Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Rusiya bütün səviyyələrdə, prezident, xarici işlər və müdafiə nazirləri səviyyəsində Dağlıq Qarabağda atəşkəsin bərpa olunması istiqamətində səylər göstərib ”

Ermənilər etiraz edir
Ermənilər etiraz edir

O, Lavrovun Yerevana konkret təkliflər paketi ilə getdiyini bildirib:

“Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir. Amma bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”

S. Lavrovun Ermənistandan sonra Azərbaycana gəlməsi gözlənilir.

XS
SM
MD
LG