Accessibility links

BBC Azərbaycan xidmətinin yaydığı məlumata əsasən, may ayında Xədicə İsmayılovanın məsələsilə bağlı Azərbaycan hökuməti öz arqumentlərini Avropa İnsan Haqları Məhkəməsinə təqdim edəcək, Amal Clooney deyir.

"Bundan sonra isə yalnız Məhkəmənin hökm çıxarması qalır," o əlavə edib.

Xədicə İsmayılovanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edən vəkil Clooney bazar ertəsi günü BBC Azərbaycancaya müsahibə verib.

"Hazırda mənim üçün prioritet Xədicədir və mən onu Avropa Məhkəməsində təmsil edirəm. Onu bacardığım qədər və həbsxanadan çıxacağı günədək təmsil edəcəyəm," xanım Clooney deyib.

Xədicə İsmayılova

Xədicə İsmayılova

Ötən həftə Ağ Evdə və ABŞ Senatorları ilə görüşmüş xanım Clooney ABŞ-da Xədicə İsmayılovanın məsələsinə olan dəstəyi "ruhlandırıcı" adlandırıb.

"Xədicə mart ayında əfv siyahısına qisasçılıqla daxil edilmədi. Bilirəm ki, may ayında da əfv imkanı olacaq. Baxaq, nə baş verir," o əlavə edib.

O, "erməni soyqırımı" iddiaları ilə bağlı apardığı daha öncə işin Xədicə İsmayılovanı təmsil etməsinə kölgə salacağı barədə narahatlıqlara cavab olara deyib:

Xədicə mart ayında əfv siyahısına qisasçılıqla daxil edilmədi. Bilirəm ki, may ayında da əfv imkanı olacaq. Baxaq, nə baş verir.

"Fakt budur ki, mən bütün dünya boyunca jurnalistləri müdafiə edirəm. Bu iş Azərbaycana qarşı deyil, bu iş ifadə azadlığı üçündür. Mən bunu Azərbaycan hökumətinə izah etmişəm. Mediada mənə olan hücumlar oldu ki, mən Ermənistanı təmsil etmişəmsə bu işi necə təmsil edə bilərəm".

O, etnik olaraq erməni olmadığını deyib və əlavə edib: "Hətta olsaydım belə, bu, dəxilsizdir. Bir dəfə də bunu dedim: Kambocanı təmsil etmişəm, bu məni kambocalı etmir və yaxud Yunanıstanla bağlı işim mənim yunan olmağım demək deyil. Bu, absurddur."

Amal Clooney ilə BBC ofisində Könül Xəlilova söhbət edib.

XS
SM
MD
LG