Accessibility links

ABŞ-ın Great Smoky Mountains Milli Parkı [Fotoqalereya]


Great Smoky Mountains Milli Parkı

Great Smoky Mountains Milli Parkı

Bu parkı ildə 10 milyon insan ziyarət edir

ABŞ-ın Şimali Karolina ştatının Asheville şəhəri yaxınlığında yerləşən və hər il 10 milyondan çox ziyarətçisi olan Great Smoky Mountains ABŞ-da ən çox ziyarət edilən milli parklardan biridir. Bu barədə ABŞ-ın Azərbaycandakı saəfirliyi facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, 2100 kvadrat kilometr istifadə sahəsi olan bu parkada hər kəs üçün kifayət qədər yer var.

Beynəlxalq Biosfer Qoruğu möhkəm dağları (1800 metrdən hündür olan çoxlu sayda zirvələr), qədim və tarixi həyətyanlı sahələri olan 100 000 ədəd müxtəlif növ bitki və heyvanların yaşadığı bir məkandır. İlkin dövründə Çeroki Hindu tayfalarına məxsus olan bu dağlar Çeroki Hindu reservasiyasını, eləcə də Pisqah, Nantahala və Çeroki milli meşələrinin müəyyən hissələrini əhatə edir.

XS
SM
MD
LG