Accessibility links

İranın ali ruhani lideri Seyid Əli Xamneyi 10-cu dövr İran Parlamentinin millət vəkilləri ilə görüşdə ölkədə etnik etnik və əqidə fərqlərindən danışıb. O, "düşmənin" bu fay (tektonik) xətləri aktivləşdirmək səylərinə dair xəbərdarlıq edib.

Ali ruhani liderin bu söhbətlərini ehtiva edən video AZOH veb səhifəsi tərəfindən nəşr edilib.

Xamneyi düşmənin etnik fay xətlərini zəlzələyə çevirmək istiqamətində iş apardığını söyləyib:

Mən demirəm ki, regional istəklərə tamamilə etinasız qalın, bu mümkün deyil. Amma, milli məsləhətə qarşı olduğu zaman, mütləq milli məsləhəti qanunvericilikdə əsas almalısınız.

“Bir nöqtəyə çox diqqət yetirməlisiniz. Bizim ölkə içində bəzi fay xətləri vardır. Etnik fay xətləri, əqidə fay xətləri; sünni-şiə misal üçün. Etnik fay xətti aktivləşməsə zəlzələyə çevrilməz. Problem olmaz... Bunlar aktiv olsa, zəlzələ törədər. Düşmən bu fay xətlərini aktivləşdirməyə çalışır. Diqqətli olun!”

Xamneyi həmçinin qanunvericilikdə milli məsələlərin regional məsələlərdən daha üstün tutulmasının gərəkli olduğunu vurğulayıb:

“Qanunla bağlı bir problem budur ki, milli məsələləri bölgə məsələlərindən daha üstün tutmalıyıq. Siz ölkənin müxtəlif bölgələrindən gəlibsiniz və oranın əhalisi hər halda sizdən bir şeylər umur, bir şeylər gözləyir. Bu gözləntilərin hamısı qəbul ola bilməz. Bir sərhədə qədər qəbul olunar," deyə ali ruhani lider bildirib.

O, davam edib: "Siz məcburən bölgə əhalisinin istəkləri və gözləntilərinin bir hissəsinə diqqət yetirməyi öz vəzifəniz olaraq görürsünüz. Tamam, bunda bir yerə qədər problem yoxdur, milli məsləhətlərə qarşı olmayana qədər. Mən demirəm ki, regional istəklərə tamamilə etinasız qalın, bu mümkün deyil. Amma, milli məsləhətə qarşı olduğu zaman, mütləq milli məsləhəti qanunvericilikdə əsas almalısınız.”

XS
SM
MD
LG