Accessibility links

Rusiyada Anti-dopinq Laboratoriyasının sabiq direktoruna qarşı cinayət işi açıb


Rusiya federal təhqiqatçıları ölkənin anti-dopinq laboratoriyasının sabiq direktoruna qarşı cinayət işi açıb. Qriqori Rodçenkov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

ABŞ-a qaçan Qriqori ötən ay rus idmançıların dopinqdən yayınma hallarını ifşa edib. O, bildirib ki, 2014-cü il Soçi Olimpiadasında ən azı 15 medalçı Rusiya idman naziri və təhlükəsizlik xidmətinin (FSB) köməkliyi ilə dopinq fırıldağında iştirak edib.

Rusiya Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markovun sözlərinə görə, Rodçenkov 2014-cü ilin 1400 dopinq analizinə dair sənədini məhv etməkdə ittiham olunur. Rus atletlərin dopinq şübhələri ilə bağlı Dünya Anti-Dopinq Agentliyi bu sənədlərin qorunmasını xahiş etmişdi.

"Nüsxələrin məhvi Rusiyanın beynəlxalq maraqlarını zədələməklə yanaşı, ölkənin anti-dopinq siyasətini gözdən salmaqla ölkənin reputasiyasına ciddi xələl gətirib" - deyə Markin bildirib.

Xatırladaq ki, Rusiyanın qaçış üzrə atlet komandası dopinq qalmaqalı üzündən avqust ayında Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmayacaq. Dünya Anti-dopinq Agentliyi hesab edir ki, rusiyalı atletləri dopinqlə dövlət təmin edib.

Rusiya Beynəlxalq Atletlər Assosiasiyaları Federasiyasının (IAAF) rusiyalı atletlərin Yay Olimpiya Oyunlarından kənarda saxlanması qərarını haqsız sayıb.

IAAF-ın prezidenti Sebastian Co deyib ki, Rusiya Atletika Federasiyası şərtləri yerinə yetirməyib. Onun sözlərinə görə, rusiyalı atletlər rəqiblərin və ictimaiyyətin inamını qazanmadan yarışa qoşula bilməzlər.

Conun sözlərinə görə, Rusiya komandası yalnız federasiyanın antidopinq rəsmilərinin müşayiəti altında yarışa qatıla bilərdi.

Ancaq o əlavə edib ki, Rusiya atletlərinin Yay Olimpiya Oyunlarına qatılması ilə bağlı son qərarı Olimpiya Komitəsi verəcək.

Olimpiya Komitəsi isə bunu iyunun 18-də müzakirə edəcək.

Rusiya prezidenti Putin dopinqlə bağlı ittihamları qəbul etmir: "Güman edirəm ki, biz məsələni dünya antidopinq agentliyindəki tərəfdaşlarımızla müzakirə edəcəyik", - Putin jurnalistlərə deyib.

Rusiyanın İdman Nazirliyi IAAF-ın qərarının "görünməmiş vəziyyət" yaratdığını və Rusiya atletlərinin 2016-cı il Rio-de-Janeyro olimpiadasına qatıla bilməyəcəyini bəyan edib. Lakin sonradan nazir Vitaly Mutko bildirib ki, onlar Beynəlxalq Olimpiya Komitəsinin bu qadağanı aradan qaldıracağına ümid edirlər.

XS
SM
MD
LG