Accessibility links

FBI rəhbəri Klintona qarşı cinayət işi açılmamasını müdafiə edir


FBI Direktoru Ceyms Komi

FBI Direktoru Ceyms Komi

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri sabiq Dövlət Katibi Hillari Klintonun email serverlərlə bağlı “böyük diqqətsizlik” göstərdiyini etiraf etsə də, ona qarşı cinayət işi açılmamasını düzgün qərar olaraq müdafiə edib.

Nümayəndələr Palatasında panel qarşısında sualları cavablandıran Ceyms Komi deyib ki, bir il sürən təhqiqatdan sonra müstəntiqlər bu qənaətə gəliblər ki, Demokrat prezidentliyə namizəd Klinton bilərəkdən məxfi məlumatın sızdırılması üçün qanunu pozmayıb.

Email server qalmaqalı Demokrat prezidentliyə namizəd Hillari Klinton üçün problemlər yaradıb.

Email server qalmaqalı Demokrat prezidentliyə namizəd Hillari Klinton üçün problemlər yaradıb.

Müstəntiqlər 2009-13-cü illər arasında Klintonun dövlət katibi işlədiyi müddətdə istifadə etdiyi 30,000 email mesajını nəzərdən keçirdikdən sonra bunların 113-nün məxfi olduğunu müəyyənləşdiriblər.

Hillari Klintonun özü hələ FBI tapıntılarına rəsmi reaksiya verməyib. O, ötən şənbə günü agentlik tərəfindən 3 ½ saat dindirilib.

Panelin sədri, Respublikaçı Konqresmen Ceyson Çaffetz FBI-ın qərarından çaşbaş qaldığını deyib. “Əgər sənin adın Klinton deyilsə, yaxud qüdrətli elitanın tərkib hissəsi deyilsənsə, onda ədalət məhkəməsi səninlə başqa cür rəftar edir,” o bildirib.

Əgər sənin adın Klinton deyilsə, yaxud qüdrətli elitanın tərkib hissəsi deyilsənsə, onda ədalət məhkəməsi səninlə başqa cür rəftar edir.

Paneldəki Respublikaçılar FBI-ın tapıntıları ilə Klintonun serverdən istifadə haqda keçmişdə dedikləri arasında böyük fərqləri vurğulayıblar.

FBI müəyyən edib ki, dövlət katibi olduğu 4 il ərzində Klinton Nyu Yorkdakı evində hakerliyə riskli bir neçə qorunmamış müxtəlif serverlərdən istifadə edib.

XS
SM
MD
LG