Accessibility links

Prezident Obama: Polislərə hücum vəhşilikdir


Obama US Shooting
Obama US Shooting

Cümə günün Dallasda baş verən polis qətliamına reaksiyada prezident Barak Obama Texas ştatında polis zabitlərinin hədəf alınmasını “vəhşi, hesablanmış və dözülməz hücum” kimi qiymətləndirib. NATO sammitinin keçirildiyi Varşavada çıxış edən prezident polis zabitlərinin öz vəzifələrini yetirnə yetirdiklərini vurğulayıb.

Bu gün bizim hamımıza onların nə kimi fədakarlıqlar göstərdiyini bir daha xatırladır.

Prezident Obama ədalətin zəfər çalacağını bildirərək çətin işin öhdəsindən gələn hüquq-mühafizə orqanlarını alqışlayıb.

“Bu gün bizim hamımıza onların nə kimi fədakarlıqlar göstərdiyini bir daha xatırladır,” Obama bildirdi.

Lakin bəyanatını bitirməzdən öncə prezident silah qanunları məsələsinə toxundu.

Dallas polisi nümayiş zamanı sürücünü saxlayır. 7 iyul, 2016.
Dallas polisi nümayiş zamanı sürücünü saxlayır. 7 iyul, 2016.

“Biz onu da bilirik ki, insanlar qüdrətli silahlarla silahlanmış olanda hücumlar daha ölümcül və faciəvi xarakter alır. Qarşıda gələn günlərdə biz bu reallıqları da nəzərə almalıyıq.”

Prezident Barak Obama Dallas qətliamından bir qədər öncə polis zorakılıqlarına qarşı etiraz səsini ucaldaraq vətəndaşlarla bu növ qarşıdurmaların irqi qarşıdurmadan qaynaqlandığını bildirmişdi.

Biz onu da bilirik ki, insanlar qüdrətli silahlarla silahlanmış olanda hücumlar daha ölümcül və faciəvi xarakter alır.

Alton Sterlinq və Filando Kastilin qətlə yetirilməsini faciə adlandıran prezident ABŞ-ın ölkə olaraq daha yaxşı fəaliyyət göstərə biləcəyini demişdi.

Afro-amerikalıların statisik baxımdan polis tərəfindən daha çox saxlandığını vurğulayan Prezident Obama polislə qaradərili icma arasında etimadın yaranması üçün tədbirlər görülməsinə çağırıb.

“Əgər icmalar polisə etibar etmirlərsə, onda bu hal vəzifələrini yerinə yetirən hüquq-mühafizə əməkdaşlarının işini çətinləşdirir.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG