Accessibility links

Amerika İnqilabında azad mətbuatın rolu [Video]


Yeni sərgi Amerika İnqilabında azad mətbuatın rolunu işıqlandırır
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Yeni sərgi Amerika İnqilabında azad mətbuatın rolunu işıqlandırır

1776-cı ildə Amerika Britaniyadan müstəqilliyini elan edərkən yerli sakinlər bu sensasiyalı xəbəri qəzetlərdən öyrəndi. İstiqlaliyyət Bəyannaməsinin çap olunduğu və inqilaba yol açan medianın gücünü təcəssüm etdirən ilk qəzet Vaşinqtonda eksponat olaraq saxlanılır.

Hər il iyulun 4 də amerikalılar Britaniyadan müstəqilliyin elan edilməsinin ildönümünü paradlar, yürüşlər və atəşfəşanlıqla qeyd edirlər. Mətbuat və jurnalizmə həsr olunmuş Vaşinqtonun mərkəzində yerləşən Newseum muzeyində bu əlamətdar gün daha bir bayramın qeyd olunması ilə müşahidə olunur.

Bu sərgi bizə kolonial Amerikada müstəqilliyin qazanılmasına yol açan və inqilab məşəlini alovlandıran mətbəəçi və naşirlərin hekayələrindən bəhs edir.

Burada yerləşən sərgi 18-ci əsrdə Amerikada mətbuatın gücünü tərənnüm edir.

"Bu sərgi bizə kolonial Amerikada müstəqilliyin qazanılmasına yol açan və inqilab məşəlini alovlandıran mətbəəçi və naşirlərin hekayələrindən bəhs edir," deyə Newseumda təşkil olunan sərginin direktoru Patty Rhule bildirir.

Müstəqillik əldə olunan zaman yeni qəbul olunmuş İstiqlaliyyət Bəyannaməsi ilk dəfə olaraq “Pennsylvania Evening Post” qəzetində dərc olundu.

“Bu gün biz xəbərləri Facebook, Twitter və ya İnstagram hesablarımızdan, eləcə də radio və televiziya vasitəsilə əldə edə bilirik. O zamanlar bu, yalnız qəzetlər vasitəsilə mümkün idi. İnsanlar öz ideya və fikirlərini qəzetlərdə müzakirə edir, Britaniyadan ayrılmağın mənfi və müsbət cəhətlərini mübahisələndirirdilər,” Patty Rhule deyir.

240 illik tarixə malik qəzetin 4 səhifəsi bütünlüklə nümayiş etdirilir. Bu bizə məlum olan 19 nüsxədən biridir. İnteraktiv lövhədə ziyarətçilər qəzeti yaxınlaşdıra və tam şəkildə gözdən keçirə bilərlər.

Bəs azadlığa aparan yolun əsasında nə dururdu? Bir çoxları inanır ki, bu, Amerikanın qurucu atalarından olan Tomas Peynin nəşr etdiyi “Sağlam Düşüncə” dərgisidir.

“Amerika o zamanlar ən savadlı ölkələrdən biri idi. Bu barədə düşünərkən inanılmaz görünsə da təxminən əhalinin yarısı “Sağlam Düşüncə” dərgisini oxuyur və həmin fikirlərə qulaq asırdı,” Patty Rhule deyir.

”Sağlam Düşüncə” tavernalarda oxunurdu. İnsanlar nüsxələri alır və bir-birlərinə ötürərək səssizcə oxuyurdular. General Vaşinqton dərgini öz döyüşçülərinə oxuyurdu. Dərgi həqiqətən insanları cəlb edirdi.

Amerika o zamanlar ən savadlı ölkələrdən biri idi. Bu barədə düşünərkən inanılmaz görünsə da təxminən əhalinin yarısı “Sağlam Düşüncə” dərgisini oxuyur və həmin fikirlərə qulaq asırdı.

Hətta dərgini oxumayanlar taverna və çayxanalarda, küçələrdə olunan müzakirələrdən agah olurdular. Bu da o zaman üçün güclü vasitə idi. Bu gün xəbərlərin yayılma sürəti saniyə və millisaniyələrdir. O zamanlar müstəqillik xəbərinin koloniyalara və okeanın o biri tərəfində olan Britaniyaya yayılması təxminən 6 həftə vaxt alırdı.

Peynin və digər cəsur vətənpərvərlərin hekayələri qrafiklərlə muzey daxilində yerləşdirilmiş işıqlı panellərdə sərgilənir.

Newseum muzeyində Komediyaçı Lyuis Bləkin Pennsylvania Evening Postun naşiri Benjamin Towne haqqında danışığı da daxil olmaqla tanınmış media işçilərinin səsləndirdiyi video çarx hazırlanıb.

Patty Rhule deyir ki, “1776: əsas xəbər: Azadlıq” sərgisində nümayiş olunan mətbuat nümunələri bizə mətbuatın o dövrdə və indi gücünü təsvir etməyə yardım edir və Newseum muzeyinin missiya konsepti ilə əlaqələndirir.

“Bizim əsas məqsədimiz ifadə azadlığını və konstitusiyaya birinci əlavəsində yer alan 5 azadlığı təşviq, izah və müdafiə etməkdir. Biz istəyirik ki, insanlar ifadə azadlığının nə üçün vacib olduğunu, azad mətbuatın nə üçün vacib olduğunu anlasınlar. Azad mətbuat olmadan müstəqillik də mövcudluğunu qoruya bilməz,” Patty Rhule bildirir.

XS
SM
MD
LG