Accessibility links

ABŞ-Türkiyə münasibətlərinin gələcəyi [Təhlil]


Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları Taksim meydanında. İstanbul, 16 iyul, 2016.
Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları Taksim meydanında. İstanbul, 16 iyul, 2016.

ABŞ xarici siyasət ekspertləri xəbərdarlıq edirlər ki, Türkiyə hökumətinin çevriliş cəhdinin ardınca hərəkətləri ABŞ-Türkiyə münasibətlərində həlledici rol oynaya bilər.

Avropalılar, amerikalılar və başqaları deyə bilərlər ki, onlar qiyam cəhdinə qarşı çıxıblar. Ancaq onlar qanun aliliyini dəstəkləyirlər. Necə ki, bunu qiyamçılar pozur, eləcə də Ərdoğan belə edə bilər.

NATO (Şimali Atlantik Müqavilə Təşkilatı) üzvü olan Türkiyə ABŞ-ın dəyərli müttəfiqidir. Lakin Amerika Sahibkarlıq İnstitutunun eksperti Maykl Rubin deyir ki, əgər Ankara demokratiya, hüquq aliliyi və insan haqlarında geriləmələrə yol versə, onda o, Pakistan qismində bir müttəfiqə çevrilə bilər. Belə ki, Pakistan əksər Qərb dəyərlərini paylaşmır və ikitərəfli münasibətlərdə etimadsızlıq və şübhələr var, hərçənd ki, hər iki ölkə regional sabitlik naminə bir-biri ilə əməkdaşlıq edir.

Çevriliş cəhdinin iflasa uğramasından sonra çoxları narahatdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan durumdan sui-istifadə edərək hakimiyyətini bir qədər də möhkəmləndirəcək, ordunu təmizləməklə demokratik proseslərə nəzarəti ələ alacaq.

Rəcəb Tayyib Ərdoğan hələ qiyam cəhdindən öncə də avtoritar meyllər nümayiş etdirirdi.
Rəcəb Tayyib Ərdoğan hələ qiyam cəhdindən öncə də avtoritar meyllər nümayiş etdirirdi.

Çevriliş cəhdi cərəyan etdikcə Qərb Türkiyə demokratiyasına dəstək verdi. McCain Beynəlxalq Liderlik İnstitutunun icraçı rəhbəri və ABŞ-ın NATO-dakı sabiq səfiri Kurt Volker hesab edir ki, “həmin bu dəstək Ərdoğana ölkədə nizam-intizam yaratmaq üçün” şərait yaradacaq.

Eyni zamanda o, əlavə edib ki, Ərdoğan qiyamdan əvvəl də sərt anti-demokratik meyllər sərgiləyib və yəqin ki, baş verənlərdən müxalifəti əzmək üçün istifadə edəcək. Bu cür repressiv idarəçilik isə “Türkiyədə daha sərt mühitə - mətbuat azadlığının və siyasi aşkarlığın məhdudlaşmasına” gətirib çıxara bilər.

Amerika Sahibkarlıq İnstitutunda çalışan və Müdafiə Nazirliyinin sabiq rəsmisi Maykl Rubin deyir ki, əgər hökumət basqıları şiddətləndirsə, Qərb susmayacaq.

Lakin uzun dönəmdə insan haqları və qanun aliliyinin pozulması ABŞ-la münasibətlərdə gərginliklər yaradacaq.

“Məhkəmələri və mətbuatı təqib etmək qəbuledilməzdir. Avropalılar, amerikalılar və başqaları deyə bilərlər ki, onlar qiyam cəhdinə qarşı çıxıblar. Ancaq onlar qanun aliliyini dəstəkləyirlər. Necə ki, bunu qiyamçılar pozur, eləcə də Ərdoğan bunu edə bilər,” Rubin Amerikanın Səsinə bildirib.

Volker düşünmür ki, Türkiyə ilə bağlı strateji hədəflər büsbütün dəyişəcək. Ona görə də o, qısa dönəmdə Türkiyə ilə siyasətdə böhran gözləmir. “Lakin uzun dönəmdə insan haqları və qanun aliliyinin pozulması ABŞ-la münasibətlərdə gərginliklər yaradacaq,” deyə Volker bildirir.

Siyasi İslamın güclü olduğu Pakistanla ABŞ arasındakı münasibətlər hamar deyil.
Siyasi İslamın güclü olduğu Pakistanla ABŞ arasındakı münasibətlər hamar deyil.

Rubin ABŞ-Türkiyə münasibətlərinin artıq pisliyə doğru dəyişdiyini hesab edir.

“Türkiyə ilə əlaqələr ABŞ-ın Pakistanla olan əlaqələr qəlibinə daxil olmaqdadır. Burada da biz çox vaxt hökumətin təşviq etdiyi anti-amerikanizmlə üzləşirik. Münasibətlər ideal olmasa da birtəhər bu qüsurlu müttəfiqlə ayaqlaşırıq.”

XS
SM
MD
LG