Accessibility links

ABŞ-da aviasiyanın tənzimlənməsinə məsul Federal Aviasiya Administrasiyası (FAA) Türkiyədə hərbi çevriliş cəhdindən sonra o ölkədən ABŞ-a istənilən uçuşu qadağan etmişdi. ABŞ rəsmiləri buna əsas olaraq İstanbulun Atatürk aeroportunda təhlükəsizlik standartlarının zəifləməsini göstərmişdilər. Bazar və bazar ertəsi Türkiyədən ABŞ-a bütün uçuşlar təxirə salınmışdı.

Türkiyə rəsmiləri ABŞ agentliyi ilə məqbul standartların yoxlanışı və xidmətlərin bərpasını təsdiq etmək üçün birgə işləyirlər.

Türk Hava Yolları bəyan edib ki, iyulun 19-da, səhər saat 6:45-dən başlayaraq Nyu Yorkun John F. Kennedy aeroportuna reyslə ABŞ-a bütün uçuşlar bərpa edilib.

ABŞ hökuməti habelə ölkədə qeydiyyatdan keçmuş bütün təyyarələrin Türkiyəyə uçuşunu qadağan etmişdi. Lakin American Airlines, United Airlines and Delta Air Lines Türkiyəyə uçmadığından bu qadağanın təsiri olmamışdı. FAA həmin bu qadağanı da aradan qaldırıb.

Türkiyə sözçüsü bildirib ki, ABŞ rəsmiləri bazar ertəsi Türkiyənin əsas aeroportlarında təhlükəsizliyə riayəti yoxlayıblar. Nəqliyyat Təhlükəsizlik Adminsitrasiyası İstanbul aeroportunda audit keçirib.

"Türkiyə rəsmiləri ABŞ agentliyi ilə məqbul standartların yoxlanışı və xidmətlərin bərpasını təsdiq etmək üçün birgə işləyirlər,” deyə Türk Hava Yollarının rəsmisi bildirib.

XS
SM
MD
LG