Accessibility links

Tramp nominasiya üçün tələb olunan səsləri toplamağa nail oldu


Çərşənbə günü Ohayo ştatının Klivlend şəhərində keçirilən qurultayda Respublikaçı nümayəndələr arasında keçirilən səsvermədə Donald Tramp tələb olunan 1,237 səsi toplayaraq nominasiya prosesinin final mərhələsinə yetişdi.

Bizə elə bir prezident lazımdır ki, düşündüyünü desin, təkcə ona rahat olanları yox. Elə bir adam ki, xüsusi maraqlara, statistikaya boyun əyməsin.

“Mən əlimdən gələni edəcəyəm və sizi peşman etməyəcəyəm,” deyə Tramp səsvermədən az sonra Tvitterdə yazdı. Cümə axşamı Donald Tramp qurultayın sonuncu günündə nitq söyləyəcək.

Onun qızı İvanka da həmin gün çıxış edəcək. İndəyədək Trampın bir neçə övladı artıq qurultayda nitq söyləyib.

Respublikaçı prezidentliyə namizədin oğlu Donald Trump, Jr.,çərşənbə günü atası üçün nitq söylədi. O atasının biznesə yanaşmasının Ağ Evdə necə özünü büruza verəcəyi haqda danışdı.

Donald Tramp, Jr.
Donald Tramp, Jr.

“Bizə elə bir prezident lazımdır ki, düşündüyünü deyir, təkcə ona rahat olanları yox - elə bir adam ki, xüsusi maraqlara, statistikaya boyun əymir. Elə bir adam ki, siz eşitmək istədiyinizi yox, eşitməyinizi lazım bildiyi şeyləri deyir. Elə bir prezident ki, millətimizin və hər birimizdə olan əzəməti çiçəkləndirir,” deyə o bəyan edib.

Trampın qızı Tiffani namizədin xasiyyətindən danışıb. O, atasını mehriban, diqqətcil, yumorlu adam kimi təsvir edib.

Tiffani Tramp
Tiffani Tramp

“O, insanlardakı istedadı və qətiyyəti üzə çıxarmağı bacarır ki, onlar tam potensiallarına yetişsinlər. Bu ata üçün çox yaxşı keyfiyyətdir, Amerika Birləmiş Ştatları prezidenti üçünsə ondan da yaxşıdır,” deyə o bildirib.

“Birlikdə biz tarixi nailiyyətlər əldə etmişik, Respublikaçılar Partiyası daxilində ən çox ümumi səsləri toplamışıq,” deyə Tramp qülləsindən Respublikaçılar Qurultayına canlı bağlantıda danışan Donald Tramp bəyan edib. “Bu, bir hərəkatdır və biz sonadək gedəcəyik."

XS
SM
MD
LG