Accessibility links

Donald Tramp Respubikaçıların milli qurultayında söylədiyi nitqdə prezidentliyə namizədliyi rəsmən qəbul etdiyini söylədi. Amerikanın ağır durumda olduğunu vurğulayan milyarder biznesmen ölkənin həm daxildə həm də xaricdə sınaqlara üzləşdiyini bəyan etdi.

Trampın sözlərinə görə, o, yeganə namizəddir ki, Amerikanı yenidən təhlükəsiz edə bilər. Bunun üçün nə lazımdırsa, onu da edəcəyəm, deyə Tramp qurultay nümayəndələrinə bildirdi.

Mən siyasi səhnəyə ona görə gəlmişəm ki, qüdrətli adamlar özlərini müdafiə edə bilməyənləri əzməsinlər.

Respublikaçı namizəd Demokrat rəqibi Hillari Klintonu Dövlət Katibi olarkən “ölüm, dağıntı və zəiflik” irsinə görə tənqid etdi. Tramp vəd etdi ki, o, cinayət və qeyri-qanuni immiqrantlara qarşı sərt olacaq.

Trampın nitqi parçalanmış Respublkaçılar Partiyasını vahid rəqibə qarşı birləşdirməyə yönəlmişdi. Seçki mövsümünün tonunu müəyyən etməyə çalışan Tramp noyabrın 8-də bir araya gələrək Hillari Klintonu məğlub etməyin vacibliyini vurğuladı.

Donald Tramp və vitse-prezidentliyə namizəd Mayk Pens ailələri ilə birgə qurultay ənənəsinə uyğun olaraq səhnədə şarların düşməsini seyr edirlər.

Donald Tramp və vitse-prezidentliyə namizəd Mayk Pens ailələri ilə birgə qurultay ənənəsinə uyğun olaraq səhnədə şarların düşməsini seyr edirlər.

70 yaşlı Respublikaçı namizəd qeyri-qanuni immiqrantları amerikalılardan işləri almaqda ittiham etdi və bəzi hallarda onların cinayət törətdiyinə diqqət çəkdi.

“Mən şirkətlərə xarici ölkələrə köçməyə və öz işçilərini işdən çıxarmağa imkan verməyəcəyəm,” deyə Tramp Amerika iqtisadiyyatının keşiyində duracağını vəd etdi.

"Mən siyasi səhnəyə ona görə gəlmişəm ki qüdrətli adamlar özlərini müdafiə edə bilməyənləri əzməsinlər," Tramp bəyan etdi. “Sistemi məndən yaxşı bilən yoxdur - odur ki, onu yeganə mən düzəldə bilərəm.”

Mən şirkətlərə xarici ölkələrə köçməyə və öz işçilərini işdən çıxarmağa imkan verməyəcəyəm.

O, Prezident Barak Obaman irqlərarası münasibətləri sahmana salmaq əvəzinə onları bir qədər də qızışdırmaqda ittiham etdi.

Dördgünlük qurultay ərzində patiyadaxili firiki ayrılıqları özünü büruzə verib. Qurultayı bir sıra tanınmış Respublikaçılar, o cümlədən ötən dəfə prezidentliyə namizəd olmuş Mitt Romni və partiyaya iki dəfə Ağ Evi bəxş etmiş Buş ailəsi boykot edib. Çərşənbə günü söylədiyi nitqdə Texas senatoru və prezidentliyə sabiq iddialı Ted Kruz Donald Trampı açıq şəkildə dəstəkləməkdən yayınıb.

XS
SM
MD
LG