Accessibility links

Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun təqvim planı Seçki Məcəlləsinə uyğundur. Ancaq referendumun keçirilməsinə az vaxt ayrılıb. Bu, Konstitusiyaya düzəlişlərin əleyhinə olanların imkanlarını məhdudlaşdırır ”.

AzadlıqRadiosunun yaydığı məlumata əsasən Mərkəzi Seçki Komissiyasının ( MSK) keçmiş üzvi, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov belə deyib.

Telekanallarda siyasi plüralizmin olmadığı, əhalinin yetərincə məlumatlandırılmadığı, ictimai marağın aşağı düşdüyü bir vaxtda təşviqat qrupunun yaradılmasına təşəbbüs göstərmək və bir ay ərzində 40 min imza toplamaq çətindir.

A.Qurbanov bildirdiyinə görə, son illərin təcrübəsi göstərib ki, seçki kampaniyasına 60 gün, təşviqata cəmi 3 həftə ayrılması çox azdır.

“Bundan əlavə, indiki referendum qəflətən, ictimai müzakirələr olmadan elan edilib. Telekanallarda siyasi plüralizmin olmadığı, əhalinin yetərincə məlumatlandırılmadığı, ictimai marağın aşağı düşdüyü bir vaxtda təşviqat qrupunun yaradılmasına təşəbbüs göstərmək və bir ay ərzində 40 min imza toplamaq çətindir”, - A.Qurbanov bildirib.

A.Qurbanov həmçinin referendumun monitorinqini planlaşdırmağa da yetərli zamanın olmadığını ifadə edib.

“Referendum haqda qərar qəflətən verildiyindən mükəmməl monitorinq aparmağa vətəndaş cəmiyyətinin vaxtı azdır. Bununla belə, bizim qurum onun təşkili ilə bağlı imkan qədər maarifləndirmə işi aparacaq, seçicilərə hüquqi yardım göstərəcək, KİV-in işini qiymətləndirəcəyik”, A.Qurbanov bildirib.

Müxalifət liderləri prezident Əliyevin konstitutsiyaya dəyişiklik təşəbbüsünü respublikaçı dövlət quruluşuna zərbə kimi qiymətləndirir.

Müxalifət liderləri prezident Əliyevin konstitutsiyaya dəyişiklik təşəbbüsünü respublikaçı dövlət quruluşuna zərbə kimi qiymətləndirir.

MSK sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi üzrə əsas tədbirlərə dair təqvim planını təsdiqləyib. Səsvermə tarixinin elan edilməsi ilə təşviqat qrupunu yaratmaq olar. Ölkə boyunca təşviqatın aparılmasından ötrü MSK-ya ən azı 2000 seçicinin imzası təqdim edilməlidir. Müraciətə 5 gün ərzində baxılmalıdır.

Bu proses avqustun 22-si saat 18:00-dək başa çatmalıdır. Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Bütün ölkə boyunca təşviqat qrupunun yaradılmasının üstünlüyü ondadır ki, qrup İctimai televiziya və dövlət qəzetlərində pulsuz efir vaxtı əldə edir.

Referendumda təşviqat sentyabrın 3-də başlayır. Sentyabrın 25-də saat 8:00-da da başa çatır.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Ümumxalq səsverməsi sentyabrın 26-da saat 8:00-dan 19:00-dək keçiriləcək. Axşamdan keçmiş MSK-nın informasiya sisteminə ilkin məlumatlar daxil olacaq. MSK oktyabrın 21-dək nəticələri elan etməlidir.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG