Accessibility links

Etirazlara Qaşqay türkləri də qatılıb - Həbs dalğası davam edir


Zəncan - 28 iyul 2016
Zəncan - 28 iyul 2016

İyulun 28-də 20-dən artıq etirazçı həbs edilib

İyulun 26-da İran Azərbaycanının ən böyük iki şəhəri Təbriz və Urmiyədə baş qaldıran etiraz dalğaları Ərdəbil, Xoy və Zəncan kimi şəhərlərdə davam edərkən Şiraz və çevrəsində yaşayan Qaşqay Türkləri də “Tarhe no” qəzetində türklər və qadınların aşağılanmasına etiraz bildiriblər.

Polisin kütləvi etirazlara sərt müdaxiləsinin davam etdiyini bildirən İnsan haqları və İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portallarına istinadən, iyulun 28-də Xoy, Ərdəbil, Urmiyə, Zəncan, Marağa və Tehranda 20-dən artıq türk etirazçı nəzarət altına alınıb.

İranda insan haqlarına dair məlumat yayan HRA agentliyi Xoy şəhərində tutulanlardan Hüseyn Bostançı, Hüseyn Kazımlı, Salman İraqi, Səid Vərməziyar, Vahid Səfəri və Hadi Abbaszadənin, Marağada Murtaza Kərimiyan, Zəncanda Əbulfəz İmani və oğlu, Urmiyədə Mehdi Hacizadə, Ərdəbildə Məhəmməd Colani, Əhməd Məhəmmədzadə, Vəhid Sadıqifər və Hüseyn Balaxani, Tehranda Əli İbrahimi, Təbrizdə isə Ruzbeh Piri, Əli Hidayəti, Əli Dabbaği, Nəyyir Fətəlili və Məryəm Fətəlilinin adlarını nəşr edib.

Etirazçılar Türk dilinin rəsmi dil olmasını tələb ediblər
Etirazçılar Türk dilinin rəsmi dil olmasını tələb ediblər

Günaz TV Oyan News veb səhifəsinə istinadən, etirazçılar əllərində nümayiş etdikləri plakatların üzərində yazılan və səsləndirdikləri şüarlarda “türklərə qarşı irqçilik və gender ayrı-seçkiliyinə son verilməsini” və “türkcənin İranda rəsmi dil olaraq tanınmasını tələb ediblər.

Təbrizdə nəşr edilən Tarhe no qəzetinin iyulun 20-si sayında əfsanəvi qəhrəmanlar Rüstəm və Əfrasiyabın qarşıdurmasından bəhs edən bir hekayədə türklər və qadınlar haqqında təhqiramiz ifadələrə yer verilib.

Qəzetin “Bizim İran” sütunun təsvirinin sosial mediada nəşr edildikdən sonra sosial media istifadəçiləri, türk fəallar, yerli qəzetlər, Urmiyə və Qoşaçay kimi şəhərlərin millət vəkilləri və din xadimləri kimi qruplar arasında etiraz dalğası baş qaldırıb.

XS
SM
MD
LG