Accessibility links

"Türkiyədə əks-çevriliş cəhdi baş verir" [Video-Müsahibə]


"Ərdoğan öz hakimiyyətini gücləndirir"
please wait

No media source currently available

0:00 0:07:05 0:00

Mahir Zeynallı Amerikanın Səsinə danışır

“Ərdoğan baş verən proseslərdən fürsət kimi yararlanmağa çalışır,” deyə jurnalist və Türkiyə üzrə siyasi təhlilçi Mahir Zeynallı həmin ölkədə baş verənləri şərh edib. Onun sözlərinə görə, Türkiyədə "əks-çevriliş cəhdi" baş verir.

Ortaya qoyulan dəlillər, etiraflar, işgəncə etiraflarıdır.

Amerikanın Səsinə müsahibədə Zeynallı prezident Rəcəb Tayyib Ərdoğanın ölkədə kütləvi təmizləmə əməliyyatını önə çəkərək iqtidarın özünə rəqib saydığı təsisatlarda irimiqyaslı həbslər həyata kçirdiyni deyir.

“Ərdoğan özü çevriliş cəhdini Allahdan bir hədiyyə kimi dəyərləndirmişdi,” deyə təhlilçi hazırda Türkiyə ordu generalitetinin əhəmiyyətli kəsiminin zindanda olduğunu bildirir.

Onun sözlərinə görə çevriliş barədə Türkiyə hökumətinin fərziyyələri əsasən işgəncə altında alınmış ifadələrə əsaslanır. Fiziki təzyiqlərlə üzləşən hərbçmilər Pennsilvaniyada qərargahlanan Fətullah Gülənlə əlaqəli olduqlarını deyir və bu ifadələr televiziyada yayımlanaraq ictimaiyyətə həqiqət kimi təlqin olunur.

Təslim olmuş türk hərbçisi özünü kütlədən qorumağa çalışır. 16 iyul, 2016.
Təslim olmuş türk hərbçisi özünü kütlədən qorumağa çalışır. 16 iyul, 2016.

Zeynallının sözlərinə görə NATO-nun ikinci ən qüdrətli ordu rəhbərliyinin az qala yarısının Gülən tərəfdarı olduğunu iddia etmək gülüncdür.

“Ortaya qoyulan dəlillər, etiraflar, işgəncə etiraflarıdır,” deyə Zeynallı ABŞ hökumətinin dəfələrlə Türkiyədən konkret dəlil təqdim etməyi xahiş etdiyini, lakin bu xahişin cavabsız qaldığını deyir.

“Bu günədək belə bir dəlil ortaya çıxmayıb. Belə dəlil olsaydı, çoxdan yayılmışdı.”

Ölkədə azad medianın olmaması, azad kanalların olmaması əlbəttə ki, xalqda fikir oyandırır ki, Ərdoğan nə deyirsə, düz deyir.

Ərdoğan hökumətinin müstəqil medianı əzdiyini vurğulayan Zeynallı son günlərdə 45 qəzetin, 16 televiziya kanalının qapandığını və Türkiyədə əsasən hökumətpərəst medianın fəaliyyət göstərdiyni deyir. Belə bir mühit isə siyasi proseslər haqda konspirasiya nəzəriyyələrinin irəli sürülməsi üçün münbit şərait yaradır.

“Bəziləri deyir çevrilişin arxasında İsrail dayanır. Bəziləri deyir Amerika. Ölkədə azad medianın olmaması, azad kanalların olmaması əlbəttə ki, xalqda fikir oyandırır ki, Ərdoğan nə deyirsə, düz deyir.”

XS
SM
MD
LG