Accessibility links

Donald Tramp prezidentin İŞİD-i təsis etməsi haqda öz bəyanatını "sarkazm" adlandırır


Donald Tramp tərəfdarları qarşısında çıxış edir. Fort Lauderdale, Florida.

Donald Tramp tərəfdarları qarşısında çıxış edir. Fort Lauderdale, Florida.

ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp cümə günü Obama və Klintonun İŞİD-in təsisçiləri olduqları barədə bir gün öncə dediklərindəın geri çəkilməyə başlayıb. O, bu ifadəni “sarkazm” olaraq işlətdiyini bəyan edib.

Cümə günü səhər yaydığı Twitter mesajında Tramp medianın onun istehzasını anlamadığını bildirib.

“Reytinqləri zəif CNN mənim Prezident Obama (və Klintonun) İŞİD-in təsisçiləri olması barədə dediklərimi elə ciddiyə alır ki. ONLARA SARKAZM ÇATMIR?” Tramp yazıb.

Bu tweet Trampın öz şərhlərini yumşaltmaq istiqamətində ilk cəhdidir. Bundan öncə Tramp dəfələrlə dediklərinin üstündə dayanmış və prezident Obama və Demokrat namizəd Klintonu yaratmaqda ittiham etmişdi. Media qurumları öz reportajlarında Trampın iddiasının həqiqətə uyğun gəlmədiyini vurğulayıblar.

Respublikaçı əleyhdarları prezident Barak Obamanı İŞİD-in Yaxın Şərqdə ayaq tutmasına göz yummaqda ittiham ediblər, amma heç kəs onu İŞİD-i yaratmaqda ittiham etməyib.

Respublikaçı əleyhdarları prezident Barak Obamanı İŞİD-in Yaxın Şərqdə ayaq tutmasına göz yummaqda ittiham ediblər, amma heç kəs onu İŞİD-i yaratmaqda ittiham etməyib.

Trampın seçki kampaniyasının rəsmisi Respublikaçı namizədin bazar ertəsi günü “radikal İslam terrorizminə” dair nitq söyləyəcyini bildirib.

Cümə axşamı ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp prezident Barak Obamanın İraq və Suriya siyasəti ilə bağlı tənqidlərini gücləndirirək, Obamanın İŞİD-i yaratdığını deyib.

“İŞİD-i o yaradıb,” deyə Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Bundan sonra o, “əyri Hillari Klintonun” İslam Dövləti qrupunun "həmtəsisçisi" olduğunu deyib.

Əslində, bir çox cəhətdən, onlar prezident Obamanı şərəfləndirirlər. İŞİD Prezident Obamanı şərəfləndirir. O, İŞİD-in təsisçisidir. O, İŞİD-in təsisçisidir, OK? O, təsisçidir. İŞİD-i o yaradıb.

Tramp bundan əvvəl də prezidentliyə Demokrat namizəd olan Hillari Klintonu terrorçu qrupun yaranmasına gətirib çıxaran siyasətə dəstək verməkdə ittiham edib. Lakin bu dəfə o, ABŞ administrasiyasına qarşı tənqidlərini daha da gücləndirərək, İslam Dövləti qrupunun “bir çox cəhətdən prezident Obamanı şərəfləndirdiklərini” deyib.

Donald Tramp cümə axşamı səhər CNBC tele-kanalında müsahibə zamanı bu şərhlərlə bağlı sualın cavabında iddiasını bir daha təkrar edib və bu mövqeyini İraq müharibəsinə qarşı çıxması ilə əlaqələndirib. O zaman ABŞ senatoru olan Hillari Klinton İraq müharibəsinin əleyhinə səs verib. Konqresdə o vaxt hələ təmsil olunmayan Barak Obama isə ictimaiyyətə müdaxilənin əleyhinə olduğunu bildirmişdi.

XS
SM
MD
LG