Accessibility links

"Qafqaz” Universitetində Türkiyədəbn olan 50 müəllim işdən çıxarılıb. Bu qərar universitet SOCAR yanında Ali Neft Məktəbinin tabeliyinə verildikdən sonra qəbul edilib.

Yerli media iddia edir ki, müəllimlərin işdən çıxarılmasına səbəb Türkiyə hakimiyyətinin Azərbaycanda Fətullah Gülən “tərəfdarları”na qarşı mübarizə aparılmasını tələb etməsidir. Belə ki, Ankara Güləni dövlət çevrilişinə cəhddə və terror təşkilatı yaratmaqda ittiham edir.

Habertürk saytı bildirib ki, Ali Neft Akademiyasının rektoru Elmar Qasımovun əmri ilə 50 türk müəllim müqavilə müddətinin başa çatması bəhanəsilə işdən çıxarılıb. E.Qasımovun sözlərinə görə, ilin sonunadək onlar ölkəni tərk edəcəklər.

1993-cü ildə təsis edilmiş “Qafqaz” Universiteti Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olub. Burada Türkiyə təhsil sistemi tətbiq edilib. Bu günlərdə universitetin təsisçiləri lisenziyanın ləğvi ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Daha sonra "Qafqaz" Universitetinin idarəçiliyi Ali Neft Məktəbinəə verilib.

XS
SM
MD
LG