Accessibility links

“Nardaran işi” məhkəməsində yenə işgəncələrdən danışılıb [Video]


“Nardaran işi” məhkəməsində yenə işgəncələrdən danışılıb
please wait

No media source currently available

0:00 0:02:59 0:00

“Nardaran işi” məhkəməsində yenə işgəncələrdən danışılıb

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə proses davam edib. Prosesdə təqsirləndirilən şəxslərin ifadələri yekunlaşıb.

İşin əsas fiqurantı, "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məhkəməyə gəlməsini tələb edib.

Bağırzadə hesab edir ki, Həsənov himayə etdiyi "Xəzər TV" telekanalı vasitəsilə ictimaiyyətə bu cinayət işi haqqında yanlış məlumat verir.

Daha sonra Əlibala Vəliyev ifadə verib. O deyib ki, Nardaranda saxlanıldıqdan sonra polis bölməsinə gedərkən yolda dindarları amansızcasına döyüblər. Vəliyevin sözlərinə görə, polislər Fərahimi döyüb öldürdükdən sonra da sakitləşməyiblər və onun cəsədi və yaralıları ələ salmağa başlayıblar.

Müttəhimin ifadələrinə görə, şərəf və ləyaqətinə təzyiqlər altında Bağırzadə və onun müavini Abbas Hüseynova qarşı ifadə vermək məcburiyyətində qalıb.

4 gün ərzində onun ifadələrini kamera qarşısında "məşq etdiriblər", bu ifadələrdə o, Nardaranda guya silah gətirilən yeri göstərməli idi.

Digər müttəhim Cabbarov da işgəncələr haqqında danışıb. O, İlham Əliyevə yazacağını dedikdə isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kəskin söyüşlərə məruz qalıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışmada ikisi polis olmaqla, 6 nəfər həlak olub. Bu iş üzrə ümumilikdə 70 nəfərə yaxın insan, əsasən "Müsəlman Birliyi" Hərəkatının üzvləri və tərəfdarları məsuliyyətə cəlb olunub. Onlar konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhddə, mütəşəkkil silahlı cinayətkar dəstə yaratmaqda və s. ittiham olunurlar. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən 18 nəfərin işi üzrə proses gedir. Onlar arasında AXCP sədr müavini Fuad Qəhrəmanlı da var. O, dövlət əleyhinə çağırışlardan, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışda ittiham olunur. Əslində Qəhrəmanlı öz facebook səhifəsində nardaranlıları öz hüquqlarını müdafiə etməyə çağıran müraciət yazmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG