Accessibility links

Gözəl Bayramlı: Cəmiyyətin gözünü qorxutmaq istəyirlər


Gözəl Bayramlı, AXCP sədrinin müavini

Gözəl Bayramlı, AXCP sədrinin müavini

“Hakimiyyət strukturları hər hansı bir izahat vermirlər, izahat verməkdən imtina edirlər,” deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı partiyanın Gənclər Komitəsinin iki üzvünün saxlanılmasını Amerikanın Səsinə şərh edib.

Fuad bəyin atası da Milli Azadlıq Hərəkatının iştirakçılarından olub, Xalq Cəbhəsinin üzvü olub, və ona məxsus kitabları evdən götürüblər.

Cümə axşamı səhər saatlarında Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli Dövlət Təhlükəsizlik Komitəsinin (DTX) əməkdaşların tərəfindən saxlanılıb. Günorta saatlarına doğru isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları AXCP GK-nin Suraxanı rayonun üzvü Qədim Bəkirovun yaşadığı evinə gələrək, onun qardaşını həbslə hədələyərək, Qədim Bəkirovun İdarəyə gəlməsini tələb ediblər. Bundan sonra Bəkirov polis idarəsinə gedib və indiyədək ondan bir məlumat yoxdur.

“Fuad bəyin atası da Milli Azadlıq Hərəkatının iştirakçılarından olub, Xalq Cəbhəsinin üzvü olub, və ona məxsus kitabları evdən götürüblər,” Bayramlı Amerikanın Səsinə DTX-nin siyasi fəalın evinə reydi haqda bildirib. O, əlavə edib ki, F. Əhmədlinin harada saxlanılması haqda nə ailəsinə, nə də Xalq Cəbhəsi rəhbərliyinə məlumat verilməyib.

Fuad Əhmədli

Fuad Əhmədli

Qədim Bəkirovun həbsinə gəldikdə, AXCP sədr müavini Bəkirovun qardaşının polis tərəfindən həbslə hədələndiyini və bunda sonra qardaşına zəng etdiyini bildirib. “Hazırda 31 saylı Suraxanı polis bölməsindədir, və onun hansı maddə ilə saxlandığı, nədə ittiham olunduğu deyilmir,” Bayramlı bildirib.

AXCP fəallarının hansı mümkün motivlərlə həbs olunması barədə Amerikanın Səsinin sualına cavab olaraq Bayramlı bu həbsləri Konstitutsiyaya dəyişiklikləri təsbit edən referendumla əlaqələndirib.

“Onların hər ikisi siyasi fəal olublar və sosial mediada aktiv şəkildə referendum əleyhinə təbliğat kampaniyasında iştirak ediblər.” Bayramlı bildirib. “Həbsin motivi budur: cəmiyyətin gözünü qorxutmaq, referendum əleyhinə çıxan adamları zərərsizləşdirmək, sakitcə ölkədə referendum keçirib ölkədə monarxiya quruluşunu bərpa etmək niyyətidir.”

Tənqidçiləri prezident İlham Əliyevi konstitutsiyaya növbəti dəyişikliklə fundamental siyasi hüquqları pozmaqda, qüvvə balansını zəiflətməkdə və hakimiyyəti bir ailənin əlində cəmləşdirməkdə ittiham edir.

Prezident İlham Əliyev sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsi iyulun 25-də Referendum Aktının layihəsinə müsbət rəy verib.

Layihədə prezidentlik müddətinin 7 ilədək artırılması, prezident tərəfindən birinci vitse-prezident və vitse-prezidentlik institutlarının yaradılması, prezident səlahiyyətlərini icra edə bilmədikdə onun vəzifəsinin icrasının birinci vitse-prezidentə verilməsi, prezident və deputatlığa namizədlər üçün yaş həddinin aradan qaldırılması, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi, vətəndaşların mülkiyyət hüququndan, vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı müddəalar əksini tapıb.

Tənqidçiləri prezident İlham Əliyevi konstitutsiyaya növbəti dəyişikliklə fundamental siyasi hüquqları pozmaqda, qüvvə balansını zəiflətməkdə və hakimiyyəti bir ailənin əlində cəmləşdirməkdə ittiham edir. Bundan əvvəl prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il martın 18-də Azərbaycanda konstitutsiya dəyişikliyini nəzərdə tutan daha bir referendum keçirilib. Həmin referendumda Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Konstitusiyanın əvvəlki variantına görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Azərbaycan prezidenti seçilə bilməzdi.

Sentyabrda keçiriləcək referendum prezident İlham Əliyevin hakimiyyətini möhkəmləndirməyə yönəlik ikinci referendum olacaq.

Sentyabrda keçiriləcək referendum prezident İlham Əliyevin hakimiyyətini möhkəmləndirməyə yönəlik ikinci referendum olacaq.

“Hüquqlar naminə idman” koalisiyası konstitusiya referendumuna altı həftə qalmış Azərbaycan hakimiyyətini tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına başlatmaqda ittiham edir.

Koalisiya xatırladır ki, avqustun 12-də tanınmış iqtisadçı, REAL Hərəkatının icra katibi Natiq Cəfərli, avqustun 13-də isə NİDA Hərəkatının gənc fəalı Elgiz Qəhrəmanlı həbs olunub.

Avqustun 15-də gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılov həbs edilib.

Vətəndaş fəalı və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev saxlanılaraq cərimə edilib.

Koalisiya bu həbsləri siyasi motivli həbslər hesab edir və onların, eləcə də digər siyasi məhbusların-İlqar Məmmədov, jurnalist Seymir Həzi, fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.

XS
SM
MD
LG