Accessibility links

Terrorun başlıca qurbanları - müsəlmanlar [Təhlil]


Hələ İŞİD yaranmamışdan xeyli əvvəl cihadçıları düşündürən əsas sual bu idi: Həqiqi İslam dövlətini necə qurmaq olar?

Bir çoxları yaxınlıqdakı düşmən - dünyəvi rejimlərin devrilməsini təşviq edirkən, başqaları uzaq Qərbdə, ABŞ kimi dövlətləri vurmağı təbliğ edirdi.

Mən başa düşürəm nəyə görə media Qərbdə baş verən terror hadisələrinə daha çox diqqət verir və bu hadisələri izləyən insanlar daha çox dəhşətə gəlir. Lakin obyektiv baxsaq, terror təhlükəsi hələlik bir o qədər də böyük deyil.

1990-cı ildə Əl-Qaida uzaq düşməninə qarşı müharibəyə başlayacağını elan etdi. Bu strategiyanın nəticəsi olaraq 2001-ci ildə 11 sentyabr hücumu baş verdi.

Son illər Əl-Qaidanın tədricən gücünü itirməsi ilə, Ərəb baharlarının və İslam Dövləti qrupunun meydana çıxması əsas zərbənin “yaxınlıqdakı düşmənə" dəyməsinə zəmin yaradıb.

Son 15 ildə terror hücumlarının qurbanlarının əksəriyyəti müsəlmanlar olub.

Türkiyədə İŞİD tərəfindən kürd toyunda törədilən intiharçı hücumu nəticəsində 50-dən çox insan həyatını itirib.

“Mən başa düşürəm nəyə görə media Qərbdə baş verən terror hadisələrinə daha çox diqqət ayırır və bu hadisələri izləyən insanlar daha çox dəhşətə gəlir. Lakin obyektiv baxsaq, terror təhlükəsi hələlik bir o qədər də böyük deyil, ” deyə Kolumbiya Universitetinin professoru Riçard Bulliet bildirir.

Merilend Univeristetinin məlumatına əsasən 2001-2015 arası 167,221 terror qurbanlarından 163,532-si, yaxud 98 faizi Birləşmiş Ştatlar və ya Qərbi Avropa xaricindəki ərazilərin payına düşür. Bu araşdırma ABŞ dövləti tərəfindən maliyyələşdirilir və dünyada terror hücumları ilə bağlı ən geniş məlumata sahibdir.

Yaxın Şərqdə terror hücumlarında maşına qoyulmuş bombalardan geniş istifadə olunur.
Yaxın Şərqdə terror hücumlarında maşına qoyulmuş bombalardan geniş istifadə olunur.

Tədqiqat qurbanları dinlərinə görə ayırmır. Lakin məlumata əsasən terror hadisələrinin baş verdiyi İraqdan tutmuş Malayziyaya qədər 25 müsəlman ölkəsi dünyada baş verən terror hadisələrinin 75 faizinə səhnə olub. Birləşmiş Ştatlar və Qərbi Avropada 2001-ci il sentyabrın 11-də baş vermiş hadisədə həlak olan 2,977 insan da daxil olmaqla qurbanların sayı 3,689 nəfərdir. Bu rəqəm 2001-2015 illəri arasında terror nəticəsində həlak olanların sadəcə 2,2 faizini təşkil edir.

Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə ölənlərin hamısı müsəlman deyil. Bunlar arasında xristianlar, yezidilər və digər azlıqlar da var - eynilə ABŞ və Avropada həlak olanlar arasında qeyri-xristianların olduğu kimi. Lakin bunu demək olar ki, müsəlman ölkələrində qurbanların çoxu müsəlmanlardır. Merilend Universitetində məlumatların toplanması üzrə menecer Maykl Censen belə düşünür.

Dindən kənar səbəblər

Merilend Universitetinin məlumatları ölkədən ölkəyə fərqlənir. Məsələn, İraqda həlak olanların sayı 50,000, Malayziyada isə son 15 ildə ölənlərin sayı altı nəfər olaraq göstərilir.

Düşünürəm ki, bu hadisələrin çoxu müsəlmanların öldürüldüyü yerlərdə baş verir, əsasən onlar hədəf alınır. Ona görə yox ki, onlar müsəlmandır. Ona görə ki, onlar polis işçisi, əsgər və ya təsadüfən ictimai yerdə onlan şəxslərdir.

Bir çox hallarda terror hadisələrinin motivi aydın olmasa da, lakin müsəlman ölkələrində terror nəticəsində itkilərin səbəbləri bəzən təzadlıq təşkil edir. Belə ki, Censen deyir ki, “buna səbəb sadəcə din amili deyil, başqa nəsə də var.”

İqtisadiyyat və Sülh institutunun araşdırmaçıları Merilend Universitetinin məlumatlarını nəzərdən keçirərək terrorun baş verdiyi həmin ölkələrdə iki ortaq xüsusiyyəti müəyyən ediblər. Onların tədqiqatlarına əsasən, son 25 ildə baş verən terror hücumlarının 92 faizi dövlətin rol aldığı siyasi zorakılıqların olduğu ölkələrdə baş verirkən, 88 faiz hücumların isə zorakı münaqişələrin baş verdiyi yerlərdə olur.

“Bu iki faktor və terror arasındakı əlaqə o qədər yüksəkdir ki, sadəcə 0,6 faiz terror hücumlarının hazırkı münaqişə və siyasi zorakılıqla əlaqəsi yoxdur,” deyə 2015 Qlobal Terror İndeksi hesabatının müəllifləri bildirir.

Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə terror hadisələrinin səviyyəsində bu iki faktor müşahidə olur. İraq bu ölkələrdən ən dəhşətli və uzun müddəli dövlətin rol aldığı zorakılığın və siyasi hakimiyyət üzərində münaqişə aparılan ölkəsidir. Digər tərəfdə isə Misir avtoritar rejimin uzun müddətdir siyasi opponentlərə qarşı sərt təzyiqlər göstərdiyi ölkə kimi görülür.

Hədəflərin kateoqriyaları

Tarix boyu müşahidə edilib ki, terror dalğa şəklində hərəkət edir. 1960 və 1970-ci ildə Viyetnam və Əlcazairdə və Şimali İrlandiyada terrorizmin episentri Qərbi Avropaya və bir az da ABŞ-a uzanırdı.

Terror hücumları ən çox vətəndaşlar və özəl mülkiyyəti, daha sonra təhlükəsizlik qüvvələrini, hökumət və diplomatik rəsmiləri və nəhayət təsisatları hədəf alır.

1980-ci ildə bu episentr Latın Amerikaya köçdü. Peru, El-Salvador və Kolumbiya kimi ölkələrdə terror dalğası yayıldı. 1990-cı ildən bəri müsəlman ölkələrin çoxluq təşkil etdikləri Yaxın Şərq, Cənubi Asiya və Şimali Afrika qlobal terrorun mərkəzinə çevrildi. Sovet İttifaqının dağılması ilə cihadçılar ürəklənərək regional hökumətləri devirməyə cəhd göstərməyə başladılar.

Merilend Universitetindən Censen deyir ki, müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə militantlar üç kateqoriyanı hədəf alır. Terror hücumları ən çox vətəndaşlar və özəl mülkiyyəti, daha sonra təhlükəsizlik qüvvələrini, hökumət və diplomatik rəsmiləri və nəhayət təsisatları hədəf alır.

“Əfqanistanda bu hədəflərin genişləndiyini görmək olar. Beləliklə, nəinki sadəcə Taliban həm də digər qruplar hökumətə yaxın olan şəxsləri hədəf almağa başlayıblar,” deyə Vaşinqtonda yerləşən ABŞ Sülh İnstitutundan baş araşdırmaçı Kandeys Rondeuks bildirir.

Qurbanlar arasında müəllimlər və avtobus sürücüləri var. Beləliklə hədəflərin genişləndiyi görünür və bunun replikaları Cənubi Asiyada, Şimali Afrikanın bəzi yerlərində də cərəyan edir, deyə Rondeuks bildirir.

İŞİD-in meydana gəlməsi regionda zorakılıqları yeni müstəviyə çıxarıb.
İŞİD-in meydana gəlməsi regionda zorakılıqları yeni müstəviyə çıxarıb.

Şiddətə İslam Dövləti militantlarının Türkiyədə Kürdləri öldürməsi də daxildir. Sünni intiharçı hücumçularo Pakistanda Şiə məscidlərini hədəf alır. Şiə militantları Sünni fiqurları öldürür. Talibanın hücumları Əfqanistanda mülkü şəxsləri öldürür, İslam Dövləti qrupunun intiharçı hücumları Şiələri və İraqdakı Yezidi azınlığını hədəf alır. Boko Haram militantları Nigeryada müsəlmanları və restaranta gələnləri öldürür.

“Düşünürəm ki, bu hadisələrin çoxu müsəlmanların öldürüldüyü yerlərdə baş verir, əsasən onlar hədəf alınır. Ona görə yox ki, onlar müsəlmandır. Ona görə ki, onlar polis işçisi, əsgər və ya təsadüfən ictimai yerdə onlan şəxslərdir,” deyə Censen bildirir.

Siyasi motivlər

Sünni-Şiə məzhəblərarası toqquşmalar bu zorakılıq hallarının əksəriyyətini təşkil edir. Lakin şiələr 1.7 milyard sayı olan dünya müsəlmanlarının yalnız 10 faizini təşkil edir. Şiələr daha çox İraq və Pakistanda hücumlara məruz qalırlar.

Sünni-Şiə məzhəblərarası toqquşmalar bu zorakılıq hallarının əksəriyyətini təşkil edir. Lakin şiələr 1.7 milyard sayı olan dünya müsəlmanlarının yalnız 10 faizini təşkil edir.

Hərçənd ki, şiə icmaların hamısının Sünni militantların hədəfinə məruz qaldığını demək olmaz, İraq, Pakistan və Əfqanistanda bu hücumların intensivliyi diqqət doğurur. Bu ölkələrdə terrorçular əsasən şiələri hədəf alır, deyə Bulliet bildirir.

Sünni cəmiyyətlərdə hakimiyyət və dini avtoritet üzərində mübarizədə zorakılıq metodu geniş yayılıb. Din və çağdaşlıq Avropa kolonializmi başa çatdıqdan və Osmanlı imperyası dağıldıqdan sonra yerinə oturuşmadığı üçün bu durum davam etməkdədir. Bir qayda olaraq islamçılar avtoritar rejimlərə qarşı mübarizə aparmaq üçün sünniliyə üz tuturlar.

“Əgər siyasi rejim kök salıbsa, ondan zorakılıqsız necə yaxa qurtarmaq olar?” Bulliet soruşur. “Əgər bunu mümkün hesab etmirsizsə, onda zorakılıq alternativə çevrilir.”

XS
SM
MD
LG