Accessibility links

Suriya hökumət avtobusları Dəməşqin üsyançıların nəzarətində olan Dəraya qəsəbəsindən mülki vətəndaşların və döyüşçülərin evakuasiyasına başlayıb. Anlaşmaya əsasən döyüşçülərə üsyançlıarın nəzarət etdiyi İdlib vilayətinə getməyə icazə veriləcək.

2011-ci ildə vətəndaş müharibəsi başlayanadək Dərayada 250,000 adam yaşayırdı. İndi, cəmi 4,000 adam qalıb.

Suriya dövlət televiziyası yaşıl rəngli ilk hökumət avtobusunun qəsəbəni tərk etdiyini göstərib. Avtobusun içərisində oturmuş bir neçə saqqallı döyüşçü və onların ailə üzvləri kadrlarda görünüb.

Suriya ordu polkovniki əməliyyatın rəvan getdiyini bildirərək bunun gələcək belə hallar üçün presedent olacağına ümidini ifadə edib.

O, “terrorist” adlandırdığı 300 döyüşçünün İdlib vilayətinə köçürüldüyünü deyib. Polkovnik əlavə edib ki, Dəməşqdə qalmaq istəyən mülki vətəndaşlara bu seçim veriləcək.

Evakuasiya olunanlar arasında uşaqlar var. 26 avqust, 2016.

Evakuasiya olunanlar arasında uşaqlar var. 26 avqust, 2016.

Suriya mediası xəbər verir ki, razılığa əsasən 2012-ci ildən bəri üsyançıların nəzarəti altında olan Dərayanı qəsəbədə qalmış təxminən 4,000 sakin tərk edəcək.

2011-ci ildə vətəndaş müharibəsi başlayanadək Dərayada 250,000 adam yaşayırdı.

Suriya hökumətinə mənsub olan al-Məyadin TV evakuasiyada 45 hökumət avtobusundan istifadə ediləcəyini bildirib.

Səudiyyə Ərəbistanına məxsus və üsyançıları dəstəkləyən əl-Arabiyya telekanalı 2012-ci ildən bəri Dərayada 3,000 adamın öldürüldüyünü xəbər verir,

XS
SM
MD
LG