Accessibility links

Debatlar prezident seçkilərində həlledici ola bilər


Donald Tramp (R) və Hillari Klinton (D)
Donald Tramp (R) və Hillari Klinton (D)

ABŞ prezident seçkilərində debatlar həmişə mühüm rol oynayır. Ancaq Hillari Klinton və Donald Trampın rekord qeyri-populyarlıqları builki debatları başqalarından daha əhəmiyyətli edə bilər.

“Bu il elektorat dəyişkən olduğundan, hansısa seçicinin öz qərarını dəyişməsi elə də çox iş aparmır,” Cənubi Kaliforniya Universitetinin siyasət institutunun direktoru Dan Şnur bildirir.

Noyabr seçkilərindən öncə ümumilikdə dörd debat keçiriləcək. Bunlardan üçü prezidentliyə namizədlərin debatları olacaq.

Washington Post-ABC News-un keçirdiyi rəy sorğusuna əsasən amerikalıların 41 faizi Klintonu xoşlayır, 56 faizi isə mənfi fikirdədir.

Bu, Klintonun milli ictmai həyatda 25 illik fəaliyyətinin ən aşağı göstəricisidir.

Trampın durumu isə daha pisdir. Amerikalıların yalnız 35 faizi ona müsbət münasibət bəsləyir. Seçicilərin 63 faizinin ondan xoşu gəlmir.

Noyabr seçkilərindən öncə ümumilikdə dörd debat keçiriləcək. Bunlardan üçü prezidentliyə namizədlərin debatları olacaq.

2016-cı ildə partiyadaxili debatlar Respubikaçıların yekun namizədinin müəyyən edilməsində mühüm rol oynadı.
2016-cı ildə partiyadaxili debatlar Respubikaçıların yekun namizədinin müəyyən edilməsində mühüm rol oynadı.

İlk debat 26 sentyarbda Nyu Yorkun Hofstra Universitetində, ikincisi 9 oktyabrda Missuri ştatındakı Vaşinqton Unviersitetində, üçüncüsü isə iki həftə sonra Las Veqasda Nevada Univeristetində keçiriləcək. Bu debatlara həmin sırada NBC, CNN və FOX News moderatorluq edəcəklər.

CBS telekanalı isə seçkilərin yeganə vitse-prezident debatına moderatorluq edəcək. Bu debat okyabrın 4-də Virciniyanın Farmvill qəsəbəsindəki Longvud Universitetində keçiriləcək.

XS
SM
MD
LG