Accessibility links

İran kanadalı professoru sərbəst buraxdı


Homa Hudfər, professor

Homa Hudfər, professor

İran hökuməti “təhlükəsizlik ittihamları ilə əlaqədar saxlanılmış kanadalı-iranlı professoru sərbəst buraxdığını deyir.

Xarici işlər nazirliyinin sözçüsü İRNA xəbər agentlyinə açıqlamada Homa Hudfərin humanitar zəmində azad edildiyini bildirib.

İran rəsmiləri ikili vətəndaşlıq tanımadıqlarını bəyan edərək bəzi hallarda İran mənşəli xarici vətəndaşları saxlayırlar.

İran rəsmiləri ikili vətəndaşlıq tanımadıqlarını bəyan edərək bəzi hallarda İran mənşəli xarici vətəndaşları saxlayırlar.

65 yaşlı Hudfər Montrealda Konkordia Universitetinə dərs deyib. 6 iyunda həbs olunduqdan bəri o, Tehranın Evin həbsxanasında saxlanılırdı.

Ailə üzvlərinin dediyinə görə rəsmilər onun pasportunu müsadirə edərək professora İrandan çıxmağı qadağan etmişdilər.

İran iki vətəndaşlıq tanımır və təhlükəsizlik maddəsi ilə keçmişdə dəfələrlə xarici vətəndaşları saxlayıb.

XS
SM
MD
LG