Accessibility links

Şərq və Qərb toplumlarında səyahət mədəniyyəti [Audio-Müsahibə]


Məmməd Ənsari
Məmməd Ənsari

Məmməd Ənsari Avropada mövcud şərait sayəsində səyahət etməyin olduqca asanlaşdığını deyir. Goldsmiths-London Universitetində bəstəkarlıq üzrə doktorluq dərəcəsi üzərində çalışan Təbrizli sənətçi Amerikanın Səsi ilə söhbətdə Avropada səyahət imkanları, Qərb və Şərq toplumlarında səyahət mədəniyyəti, eləcə də tarixdə Qərb səyyahlarının elmi fəaliyyətlərini dəyərləndirmiş, və öz səyahət təcrübələrini paylaşmışdır.

Məmməd Ənsari səyahət mədəniyyəti haqda danışır
please wait

No media source currently available

0:00 0:16:07 0:00

“Səyyahlığı gözü açıq və material toplamaq şəklində nəzərdə tutanda, görürük ki, Avropada səyyahlar fərqli millətlərin kültürlərinə, musiqilərinə baxaraq notlar alırdılar və qayıdanda bunu əks edib və ensiklopediyalar yaradırdılar,” deyə Məmməd Ənsari Avropada şərqşünaslıq və səyyahlıq arasındakı əlaqəyə diqqət çəkir.

Keçən aylarda bir neçə Avropa ölkəsi o cümlədən, Fransa, İspaniya, Ukrayna, Slovakiya, Avstriya, Çexiya və Macarıstana səfər edən musiqiçi səyahət zamanı sürprizlərlə üzləşdiyini, eləcə də gəzdiyi yerlərin mədəniyyəti və sənəti ilə tanış olmağa, yerli əhali ilə əlaqə qurmağa çalışdığını söyləyir.

Avropalı səyyahlar fərqli millətlərin kültürlərinə, musiqilərinə baxaraq notlar alırdılar və qayıdanda bunu əks edib və ensiklopediyalar yaradırdılar.

“Gedəcəyim nöqtəni çox müəyyənləşdirmirdim, başlayıb yavaş-yavaş gedirdim... Bəzən, surprizlər olurdu, bəzən hətta azacıq təhlükəli olurdu... [Məqsədim] dincəlmək deyildi, daha çox görmək, yerimək, müxtəlif insanlarla tanış olmaq, müxtəlif yerlərə getmək idi...”

Avropada səyahət mədəniyyəti və tarixinə diqqət çəkən Məmməd Ənsari şərqşünas səyyahların elmi fəaliyyətləri haqqında danışır:

“Qərbdə şərqşünaslıq, ya şərqşünaslıq fakültəsi var, amma Şərqdə qərbşünaslıq fakültə kimi yoxdur ya çox azdır ya yeni başlayır,” deyə o, avropalı səyyahların ensiklopediyaların hazırlanması, eləcə də şərqşünaslıq və etnik-musiqişünaslıq kimi elmi fəaliyyətlərdə rollarına işarə edir.

Mən dostlarım və ya ailəmdən görürəm ki bir neçə il əvvəl qonşu ölkələr, misal üçün Türkiyə və Azərbaycana ildə bir dəfə gedirdilər. Amma, indi qonşu ölkələrə getməkdə belə çətinlik çəkirlər.
Məmməd Ənsari

Məmməd Ənsari Avropada səyahət etməyi asanlaşdıran imkanlar və obyektlərə diqqət çəkərək həmin kontekstdə İran Azərbaycanı və ümumiyyətlə İrandakı durumu təsvir edir.

“İran sakinləri qapalı mühitdə yaşayırlar. Bunun nədənləri də aydındır. İran üzərində sanksiyalar olur, maddi çətinliklər var. Mən dostlarım və ya ailəmdən görürəm ki bir neçə il əvvəl qonşu ölkələr, misal üçün Türkiyə və Azərbaycana ildə bir dəfə gedirdilər. Amma, indi qonşu ölkələrə getməkdə belə çətinlik çəkirlər,” bəstəkar qeyd edir.

XS
SM
MD
LG