Accessibility links

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktorunun sözlərinə görə, Şimali Koreyanın mübahisəli nüvə proqramından əl çəkməsinə yönəlik təzyiqlər itirilmiş cəhdlən başqa bir şey deyil.

Ceyms Klapper müstəqil Xarici Əlaqələr Şurasının Nyu-Yorkda keçirilən forumda çıxış edib. O bildirib ki, Şimali Koreya rəhbərliyi nüvə arsenalını "mövcud olmaq üçün yeganə bilet" kimi görür.

ABŞ və Çin, Rusiya, Yaponiya, Cənubi Koreya daxil olmaqla 5 başqa dövlət uzun illər Şimali Koreya ilə nüvə proqramına son qoymağa dair danışıqlar aparıb

Danışıqlar 2009-cu ildə Pxenyanın geri çəkilməsi ilə dayandırılıb. Şimali Koreya bundan 3 il əvvəl ilk nüvə sınağını keçirdiyini bəyan etmişdi.

Vaşinqton bildirir ki, 6 tərəfli danışıqların bərpası Kim Conq-Un hökumətindən nüvə sınaqlarını və proqram proqramını dayandırmağa dair yenidən öhdəlik götürməsini tələb edəcək.

Pxenyan bu il iki yeraltı nüvə partlayışı və ondan çox raket sınağı keçirib.

XS
SM
MD
LG